19 ildə 172 milyon manat mənfəət əldə edən Fond
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) fəaliyyətdə olduğu 2005-2024-cü illərin hamısını mənfəətlə başa vurub, 19 ildə ümumilikdə 172,1 milyon manat mənfəət əldə edib.
Bunu Fondun baş meneceri Rasim Abdullayev bildirib.
Bundan başqa, onun sözlərinə görə, bu il iyulun 1-nə qurumun aktivləri 4,2 milyard manat, o cümlədən məcmu kapitalı 1,28 milyard manat təşkil edib.
"Beləliklə, İKZF-nin kapitalının aktivlərinə nisbəti 30,5 % təşkil edir ki, bu da onun yüksək kapitallaşma səviyyəsinə malik olmasından xəbər verir. Fond ölkənin ən sağlam və yüksək dayanıqlığı olan maliyyə təsisatlarından biridir, mütərəqqi risk menecmenti sisteminə malikdir. Yerli maliyyə institutlarından yalnız İKZF ölkənin suveren reytinqinə bərabər beynəlxalq reytinqə malikdir. Onun istiqamətləri üzrə beynəlxalq təcrübə əsasında qəbul edilmiş vahid və təkmil standartlar tətbiq edilir", - deyə R.Abdullayev qeyd edib.
Onun sözlərinə görə, qiymətli kağızlar bazarında ən uzunmüddətli emissiya İKZF-yə məxsusdur: "Fondun istiqrazları üzrə orta müddət 22 il təşkil edir. Fond Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankından sonra ölkənin ən iri emitentidir. Onun dövriyyədə olan istiqrazların dəyəri 2 milyard 382 milyon manatdır. 2009-cu ildən bu günə qədər 982,6 milyon manatlıq istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib, istiqraz sahiblərinə 312,8 milyon manat faiz ödənilib".
Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























