İran bankının Bakıdakı filialı faiz gəlirlərini artırıb
"Bank Melli İran" Bakı filialı 2025-ci ilin ilk 6 ayını (yanvar-iyun) 3 milyon 224 min manat xalis mənfəət ilə başa vurub. Filial 2024-cü ilin ilk 6 ayını 3 milyon 437 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin 212 min manat azalması aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalardan qayıdan vəsaitin azalması ilə əlaqədardır. Cari ilin ilk yarısında Filailın faiz gəlirləri artıb.
Marja.az xəbər verir ki, "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 2024-cü ilin 1-ci yarısında 2 milyon 404 min manat ikən, 2025-ci ilin 1-ci yarısında 2 milyon 835 min manat olub (431 min manat və ya 17,9% artıb).
"Bank Melli İran" Bakı filialı 2025-ci ilin ilk 6 ayında 6 min 388 manat haqq və komissiya gəlirləri də əldə edib (ötən ilin eyni dövründə 5 min 94 manat).
"Bank Melli İran" Bakı filialında aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalardan azad olan vəsait 784 min manat azalaraq 1 milyon 129 min manat təşkil edib (2024-cü ilin ilk yarısında 1 milyon 912 min manat azad olmuşdu)
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk 6 ayında "Bank Melli İran" Bakı filialının cəmi aktivləri 4 milyon 662 min manat və ya 3,4% artaraq 30 iyun 2025-ci il tarixində 123 milyon 768 min manata çatıb. Filialın qiymətli kağızlara investisiyaları 21 milyon 837 min manat və ya 66,6% artaraq 54 milyon 599 min manata yüksəlib. Maliyyə institutlarından alınacaq vəsaitlər isə 47,5% azalaraq 21 milyon 400 min manata düşüb.
30 iyun 2025-ci il tarixində "Bank Melli İran" Bakı filialı 69 milyon 974 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
41 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)






