70 milyard avroluq çılğın plan
Almaniyanın avtomobil nəhəngi Volkswagen, bazarı getdikcə güclənən elektrikli avtomobillər (elektromobil) üçün yeni planını açıqlayıb. 2030-ci ildə bütün modellərin elektrikli versiyalarını təqdim edəcəklərini qeyd edən Volkswagen, ən azı 70 milyard avro xərcləyəcək.
Dünyanın ən böyük avtomobil istehsalçısı Almaniyanın Volkswagen şirkəti də elektrikli avtomobil "dəbinə" uyğunlaşır. 2 ildir ki, emissiya qalmaqalı ilə etibarı sarsılan Volkswagen, benzin və dizel mühərriklərdən uzaqlaşma planını sürətləndirir.
"Marja" xəbər verir ki, Almaniya nəhəngi, 2030-ci ildə bütün modelləri üçün ətraf mühitə zərər verməyən elektrikli versiyaları istehsal edəcəkdir.
Frankfurt Avtomobil Sərgisi ərəfəsində danışan Volkswagen-in İcraçı direktoru Matthias Müller, Volkswagen "çətiri" altında 12 markanın 300 fərqli modelində elektrikli versiya variantı təqdim edəcəklərini deyib.
Volkswagen, bu plan üçün 50 milyard avro elektrik batareya xərci başda olmaq üzrə, 2030-ci ildək 70 milyard avro xərcləyəcək.
Bu ana qədər bir çox böyük avtomobil istehsalçısı elektrik model planını açıqlasa da Volkswagenin açıqladığı əməliyyatın böyüklüyü sənaye içərisində ən geniş miqyaslı olanıdır.
"DƏYİŞİKLİYİN LİDERİ OLACAĞIQ"
Ekspertlərə görə, Alman nəhənginin elektromobil israrı, eyni zamanda 11 milyon dizel maşındakı emissiya manipulyasiyası qalmaqalında sarsılan imicin yenidən təsis edilməsi üçün də bir fürsət kimi təqdim olunur. Dizel texnologiyasından uzaqlaşmağa meylli istehlakçının da, geri qayıdışı gözlənir.
Avropa Birliyi ölkələri başda olmaqla dünyadakı bir çox məkanda ətraf mühit standartları sərtləşdirilir.
Müller, etdiyi açıqlamada "Bir mesajımız var və bunu çatdıracağıq", -deyərək də qətiyyətini göstərib.
Avtomobil sənayesindəki dəyişikliyin qarşısıalınmaz olduğunu deyə Volkswagen-in İcraçı Direktoru "bu dəyişiklikdə biz lider olacağıq" deyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 23 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























