Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı "Statistik bülleten May 2025" buraxılışını dərc edib. Marja.az bülletenə istinadən aşağıdakı məlumatı diqqətinizə təqdim edir.
Bank sektoru
31 May 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 494, şöbələrinin sayı 87, ATM-lərin sayı 3,332 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.1% və ya 26 nəfər artaraq 25,965 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 56,549.7 mln. manat, cəmi öhdəlikləri 49,690.3 mln. manat, balans kapitalı 6,859.5 mln. manat olmuşdur. May ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri müvafiq olaraq 3.6% və 4.3% artmışdır.
Hesabat ayında bankların kredit portfeli 1% və ya 290 mln. manat artaraq 28,386.5 mln. manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.2% (15,100 mln. manat);
ıı) istehlak kreditləri – 31.3% (8,881.9 mln. manat)
ııı) ipoteka kreditləri – 15.5% (4,404.6 mln. manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 76.8%-i və ya 38,179.3 mln. manat. Depozit portfelinin 61.4%-i (23,445.1 mln. manat) hüquqi şəxslərin, 38.6%-i (14,734.2 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66.7%-i (9,835.1 mln. manat) milli valyutada, 33.3%-i (4,899.2 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 62.4%-i (9,198.5 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri may ayında 0.7% və ya 62.7 mln. manat, tələbli əmanətləri isə 2.3% və ya 123.6 mln. manat artmışdır. 2025-ci ilin may ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2% (3,205 əmanətçi), ilin əvvəlindən isə 9.7% (14,542 əmanətçi) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 18,223.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.7%-ni təşkil etmişdir.
2025-ci ilin yanvar - may aylarında banklar 430.7 mln. manat xalis mənfəət, 708.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 5 ayında banklar tərəfindən ümumilikdə 109 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin may ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 3.9% artaraq 35,768.5 mln. manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 130.8 mln. manat artaraq 2,716.2 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı hesabat ilinin əvvəlinə nəzərən 562 min ədəd və ya 2.8% artaraq 20 milyon 461 min ədəd təşkil etmişdir. Ödəniş kartlarında debet kartlarının sayı 4% artmış, kredit kartlarının sayı isə 6.2% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 29% artmışdır. 2025-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,074 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,053 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,016 mln. manatı POS-terminallar, 3.2 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 9%, POS-terminalların sayı 42.4% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 38 d. əvvəl
-
- 43 d. əvvəl
-
1 saat əvvəl
“Digital Home” elektronika mağazalar şəbəkəsi Şəmkirdə filialını açdı
-
10 saat əvvəl
Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb
-
10 saat əvvəl
Bakıdan daha bir Avropa şəhərinə birbaşa uçuşlara başlanılacaq
- 10 saat əvvəl
-
11 saat əvvəl
Şəhərlərarası və şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda iqtisadi artım sürətlənib
Bakıdan daha bir Avropa şəhərinə birbaşa uçuşlara başlanılacaq
Şəhərlərarası və şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
200 000 manatlıq hədiyyə abunəçiləri gözləyir!
Ən çox oxunanlar
Azərbaycanda İran konfetləri məhv edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrildi, nizamnaməsi təsdiq edildi - 1 MİLYARD 181 MİLYON MANAT SƏRMAYƏ
Müsabiqə keçirilməsinə 1 milyon manat ayrıldı - SƏRƏNCAM
Ədliyyə Akademiyasının rektoru dəyişdi - PREZİDENTDƏN SƏRƏNCAMLAR
1977-ci ildə kosmosa göndərilən aparat yarım əsrdir yol gedir, 1 işıq günü uzaqlığa çatacaq - 26 milyard kilometr
SOCAR-ın borc portfeli müzakirə olunub, SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)

