UNEC və Çin universitetləri arasında strateji əməkdaşlıq: Pekində mühüm razılaşmalar əldə olunub
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində, Pekin şəhərində bir sıra nüfuzlu universitet və elmi-tədqiqat institutlarında görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıqla bağlı mühüm razılaşmalar əldə olunub və sənədlər imzalanıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı məlumatda bildirilir ki, Pekinə səfər çərçivəsində UNEC nümayəndə heyəti ilk olaraq İnkişaf Maliyyəsinin Təşviqi üzrə Çin Assosiasiyasında (CAPDF) olub. Vitse-prezident və Baş Katib xanım Guo Mingshenin rəhbərliyi ilə keçirilən görüşdə rektor Ədalət Muradov UNEC-də “İnkişaf İqtisadiyyatı”nın fəaliyyət göstərdiyini, eləcə də UNEC-in ACCA, CFA-dən və maliyyə ixtisasının FİBAA akkreditasiyasından keçdiyini bildirib. O, UNEC və CAPDF arasında birgə tədqiqat mərkəzinin və İnkişaf Maliyyəsi Laboratoriyasının yaradılması təşəbbüsünü irəli sürüb. Görüşdə CAPDF prezidenti, Çin İnkişaf Bankının sabiq rəhbəri Chen Yuan-ın müəllifi olduğu “Dövlət və Bazarın Uzlaşdırılması: Çin Yanaşması” kitabının Azərbaycan dilinə tərcüməsinə dair razılıq əldə olunub. Xanım Guo Mingshe UNEC-in CAPDF ilə əməkdaşlıq edən ilk xarici universitet olduğunu xüsusi vurğulayıb.
UNEC nümayəndə heyəti daha sonra Çinin iqtisadiyyat və maliyyə sahəsində aparıcı ali təhsil müəssisəsi olan Mərkəzi Maliyyə və İqtisadiyyat Universitetində (CUFE) universitetin prezidenti Ma Haitao ilə görüşüb. Tərəflər arasında ikili diplom proqramları, ortaq EMBA və rəqəmsal iqtisadiyyat proqramı, rəqəmsal və yaşıl iqtisadiyyat sahəsində tədqiqatlar, “Bir Kəmər, Bir Yol” təşəbbüsü üzrə Think Tank və beynəlxalq kitab tərcümələri ilə bağlı razılıq əldə olunub. Görüş çərçivəsində UNEC və CUFE arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Səfərin növbəti günündə UNEC nümayəndə heyəti Azərbaycan dili ilə yanaşı, 101 xarici dilin tədris olunduğu Çin Xarici Dillər Universitetində olub. Universitetin prezidenti Jia Wenjian ilə görüşdə ingilis dili tədrisinin metodologiyasının paylaşılması, iqtisadçı müəllimlərə ingilis dilinin bu universitetin tətbiq etdiyi metodologiya əsasında öyrədilməsi, MBA üzrə ikili diplom proqramı, müəllim-tələbə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub. UNEC nümayəndələri həmin universitetdə Azərbaycan dilini öyrənən çinli tələbələrlə də görüşüblər.
UNEC rektoru professor Ədalət Muradov həmçinin Çin Renmin Universitetinin tanınmış alimi professor Wang Yiwei ilə görüşüb. Görüşdə UNEC-də professor Yiveinin elmi redaktorluğu ilə “Bir Kəmər, Bir Yol” adlı beynəlxalq elmi jurnalın təsis edilməsinə dair razılıq əldə olunub.
Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində (UIBE) prezident cənab Zhao Zhongxiu ilə keçirilən görüşdə UNEC-də birgə “Ticarət və İqtisadiyyat” İnstitutunun, “Rəqəmsal İqtisadiyyat” laboratoriyasının, Azərbaycan-Çin İqtisadi Əlaqələrinin Tədqiqi Mərkəzinin yaradılmasına, eləcə də tələbə-müəllim mübadiləsina dair razılıq əldə olunub. Həmçinin UİBE-də fəaliyyət göstərən "ÜTT İnstitutu" nümunəsində UNEC-də həmin institutunun yaradılmasına qərar verilib.
Səfər çərçivəsində sonuncu görüşü isə THE reytinqində Çində lider olan Tsinghua Universitetində olub. Universitetin Vitse-prezidenti professor Yang Bin ilə görüşdə UNEC-də MBA üzrə ikili diplom proqramı, ortaq EMBA, qısamüddətli modul proqramları, biznes, mühəndislik, strateji innovasiyalar üzrə forumların təşkili, birgə tədqiqat mərkəzlərinin yaradılmasına dair razılığa gəlinib.
Səfər zamanı UNEC nümayəndə heyəti Tsinghua Universiteti nəzdində fəaliyyət göstərən dünyada məşhur Schwarzman kolleci ilə də tanış olub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 d. əvvəl
- 13 d. əvvəl
-
-
58 d. əvvəl
"1 trilyon dollarlıq kompensasiya paketi təsdiqlənməsə Elon Musk Tesla-dan ayrıla bilər"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
İstilik enerjisinin maya dəyəri əhali tarifini 2 dəfədən çox üstələyib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Mirzoyan: Azərbaycan və Türkiyə prezidentləri İrəvana dəvət olunublar
- 17 saat əvvəl
Son Xəbərlər
Dünya şəkər bazarında qiymətlər kəskin enməkdə davam edir
Azərbaycan neftinin son qiyməti
"1 trilyon dollarlıq kompensasiya paketi təsdiqlənməsə Elon Musk Tesla-dan ayrıla bilər"
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiyməti 4 min dollardan da aşağı düşdü
Azərbaycan Dəmir Yollar və Çinin Sian limanı anlaşdı
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan Təbrizə yeni baş konsul təyin etdi
Azərbaycan Futbolunda yenilik – Yeni sponsorluq müqaviləsi imzalandı
"Azəristiliktəchizat"da nöqsanlar aşkarlanıb
"AFB BANK"ın istiqrazlarını 80 investor əldə etdi
Toyota-nın satışlarında rekord
"Arazdəyən–Sədərək ərazisi də açılmalıdır"
















.jpg)




.jpg)



.jpg)
