Cənub Qaz Dəhlizinin genişləndirilməsinə maliyyə dəstəyi imkanları müzakirə edilib
Bakı Enerji Forumu çərçivəsində bir sıra görüşlər keçirilibBakı Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb. Görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi - Faza-1 layihəsinin icrası müzakirə edilib. Bu mərhələdə yataqdan qaz hasilatına başlanması və müvafiq həcmlərin ixraca yönəldilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə Energetika Nazirliyi və “TotalEnergies” şirkəti arasında 250 MVt gücündə külək, enerji saxlanc sistemləri layihələri və metan emissiyalarının azaldılması üzrə əməkdaşlığın cari vəziyyəti və planlaşdırılan tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Pərviz Şahbazovun Pakistanın federal energetika naziri (neft məsələləri üzrə) Ali Pervaiz Malik ilə də görüşü olub. Bu ilin fevralında Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri, may ayında isə Laçında üçtərəfli sammit çərçivəsində iştirakı zamanı enerji sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirildiyi vurğulanıb. Azərbaycan - Pakistan Enerji üzrə Birgə İşçi Qrupu çərçivəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edilib. Söhbət zamanı Pakistanın enerji sektoruna investisiya imkanları və potensial əməkdaşlıq layihələri barədə müzakirələr aparılıb. Həmçinin ECO-UNIDO Təmiz Enerji Mərkəzinin fəaliyyəti ilə bağlı məsələlərə toxunulub.
“ACWA Power” şirkətinin təsisçisi və İdarə Heyətini sədri Mohammad Abunayyan ilə görüşdə isə bu il istismara veriləcək 240 MVt gücündə “Xızı-Abşeron” KES, Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 QVt külək elektrik enerjisi istehsalı layihəsi üzrə əməkdaşlıq çərçivəsində həyata keçirilən və planlaşdırılan addımlar müzakirə olunub. Həmçinin quruda inteqrasiya olunmuş 200 MVt-lıq külək enerjisi və batareya enerji saxlanc sistemi layihəsinin həyata keçirilməsindən irəli gələn məsələlər nəzərdən keçirilib.
Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiya regionu və Türkiyə üzrə energetika departamentinin direktoru Sule Kilic ilə görüşdə bankla uzunmüddətli əməkdaşlıqdan məmnunluq ifadə edilib. AYİB-in 230 MVt gücündə “Qaradağ” GES, 240 MVt gücündə "Xızı-Abşeron" KES, 315 MVt “Bankə” GES və 445 MVt gücündə “Biləsuvar” GES-ə uzunmüddətli kredit ayırması yüksək qiymətləndirilib. Azərbaycanda daxili istehlak və ixrac məqsədilə həyata keçirilən layihələr barədə məlumat verilib. Enerji təhlükəsizliyi çağırışları kontekstində Cənub Qaz Dəhlizinin genişləndirilməsinə maliyyə dəstəyi imkanları müzakirə edilib. Eyni zamanda “yaşıl enerji” interkonnektorlarının həyata keçirilməsi mərhələsində Bankla əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Yaşıl enerji dəhlizlərinə maliyyə dəstəyi imkanları müzakirə edilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
2 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

























