Gömrük Komitəsidən “Lion Centre” açıqlaması - Qiymətlərin azaldılması, gömrük ödənişlərindən yayınma aşkar edilib
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı:
Mediada “Lion Centre” MMC tərəfindən gətirilən malların gömrük dəyərinin düzgün hesablanmaması, gömrük orqanlarının biznes subyektinə problemlər yaratması, sübut əhəmiyyəti kəsb etməyən sənədlər əsasında cinayət işi qaldırılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
Dövlət Gömrük Komitəsi bildirir ki, “Lion Centre” MMC-nin ünvanına idxal edilən 5 bəyannamə üzrə malların invoys qiymətləri şübhə doğurduğundan araşdırma aparılıb.
Sənədlərə əsasən qeyd edilən mallara dair invoys qiymətlərinin dəfələrlə azaldılması və nəticədə xeyli miqdarda, cəmi 98 min 191,86 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən qəsdən yayınılması müəyyən olunub. Fakta görə 17 mart 2025-ci il tarixində Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 209.1-ci (xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma) maddəsi ilə cinayət işi başlanılıb və istintaqı aparılır.
Cinayət işi ilə əlaqədar bəyannamələri təqdim edən şəxs dəfələrlə Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət olunub, işin xüsusatları, habelə hüquq və vəzifələri ona izah olunmaqla qanunamüvafiq qaydada əlində olan sübutların istintaq orqanına təqdim olunması təklif edilib.
Bütün bunlara baxmayaraq, “Lion Centre” MMC-nin rəhbəri yanlış məlumatlar yayımlamaqla mediadan istintaq orqanına təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.
2024-cü il və 2025-ci ilin ilk 4 ayı ərzində “Lion Centre” MMC adlı sahibkarlıq subyekti gömrük rəsmiləşdirilməsinə 100 ədəd gömrük bəyannaməsi təqdim edib. 100 ədəd gömrük bəyannaməsi üzrə dəyər dürüstləşdirilməsi nəticəsində fərq məbləği 1 532 398 manatdır ki, bu fərqlərin 87%-i bəyannamənin ilkin tərtibatı zamanı sahibkar tərəfindən könüllü surətdə reallaşdırılıb.
“Lion Centre” MMC adına rəsmiləşdirilən hər bir gömrük bəyannaməsi üzrə uyğunsuzluqların aşkar edilməsi və düzgün bəyan etməmə faktları mütəmadi hal alıb. “Lion Centre” MMC tərəfindən əvvəllər də dəfələrlə gömrük qaydalarının pozulması hallarına yol verilib.
Dövlət Gömrük Komitəsi tərəfindən qeyd olunan məsələlərin qanunvericilik aktlarının tələblərini nəzərə alınmaqla hüquqi müstəvidə baxılmasına üstünlük verilir, mediadan və digər üsullardan əsassız təzyiq vasitəsi kimi istifadə olunması yolverilməzdir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
- 32 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib





















