Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsini sabit saxlaması fonunda dollar major valyutalar qarşısında bir qədər bahalaşdı.
Belə ki, EUR/USD valyuta cütlüyü 1.13640 səviyyəsini test etdikdən sonra 1.12920 səviyyəsinə kimi ucuzlaşdı. GBP/USD cütlüyü eyni müddət ərzində 1.33520 həddindən 1.32780 həddinə qədər gerilədi. Qızılın dəyəri uçot dərəcəsi ilə bağlı xəbərdən sonra 3363$ səviyyəsindən 3414$ səviyyəsinə qədər bahalaşsa da, bugün dəyərli metal əldə etdi mövqeləri itirərək yenidən 3370$ həddinə qədər ucuzlaşıb.
Çərşənbə günü Federal Açıq Bazar Komitəsinin (FOMC) keçirilən iclasının nəticələrinə əsasən, FED uçot faiz dərəcəsini 4.5% səviyyəsində saxlayıb. Faiz dərəcəsinin sabit saxlanılması qərarı FOMC üzvləri tərəfindən yekdilliklə qəbul olunub və əksər ekspertlərin proqnozları ilə üst-üstə düşüb. Qeyd etmək lazımdır ki, göstərici 2025-ci ilin dekabr ayından bəri bu səviyyədə saxlanılır. Ötən il isə FED faiz dərəcəsini 100 baza bəndi endirmişdi.
Tənzimləyici qurum hesab edir ki, cari faiz dərəcələri Ağ Evin xarici ticarət siyasəti və onun Amerika iqtisadiyyatına təsiri ilə bağlı daha aydın mənzərə yaranmasını gözləmək üçün "yaxşı vəziyyətdədir". Bu barədə FED sədri Cerom Pauell iclasdan sonrakı mətbuat konfransında bildirib. Pauell istisna etməyib ki, prezident Donald Tramp tərəfindən tətbiq edilən, lakin sonradan əhəmiyyətli hissəsi dayandırılan idxal rüsumları ABŞ-da inflyasiyaya qısamüddətli təsir edə bilər. “Mən düşünmürəm ki, uçot faiz dərəcəsinin dəyişdirilməsində tələskənliyə ehtiyac var”, – deyə o qeyd edib və əlavə edib ki, rüsumların inflyasiya və iqtisadi artıma təsiri ilə bağlı qeyri-müəyyənlik hazırda çox yüksəkdir.
Əlavə olaraq, dünən açıqlanan məlumatlara əsasən, Almaniyanın Sənaye Sektorunda Fabrik Sifarişlərinin Həcmi mart ayında əvvəlki ayla müqayisədə 3.6%, illik ifadədə isə 3.8% artıb. Həmçinin, ABŞ-ın kommersiya məqsədli neft ehtiyatları 2.032 milyon barel azalıb. Böyük Britaniyanın Tikinti Sektorunda Biznes Aktivliyi İndeksi 46.4 bənddən 46.6 bəndədək yüksəlib.
Bugün Bakı vaxtı ilə saat 15:00-da İngiltərə Bankı (BoE) faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Analitiklər göstəricinin 4.5%-dən 4.25%-ə qədər endiriləcəyini proqnoz edirlər. Həmçinin, Almaniyada dərc olunacaq Ticarət Saldosu və Sənaye Sektorunda İstehsal Həcmi, ABŞ-da isə açıqlanacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri investorlar tərəfindən maraqla izləniləcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 29 d. əvvəl
-
41 d. əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın neft və qazdan gəlirləri kəskin azalıb - İXRACDA BÖYÜK GERİLƏMƏ
-
2 saat əvvəl
Böyük Britaniyada yaşı 16-dan aşağı olanlara sosial media məhdudiyyəti olacaq
-
2 saat əvvəl
Azərbaycanda avtomobil qəzaları - 2025-ci ildə 689 nəfər həlak olub, 1026 nəfər yaralanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır






















