“SİMA İmza” ilə “digital.login”ə girişlərin həcmi 118 dəfə artıb
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza dövlət və özəl sektordakı elektron xidmətlərə əlçatanlığı artırmağa davam edir.
2025-ci ildə çoxsaylı elektron xidmətləri özündə birləşdirən “digital.login” vahid giriş platformasına daxilolmaların 35,55 faiz-i “SİMA İmza” ilə həyata keçirilib. Bu, SİMA rəqəmsal imzanın yaradıldığı 2022-ci illə müqayisədə 118 dəfə artım deməkdir.
Hazırda “digital.login” vahid giriş platformasında 150-dən çox dövlət və özəl qurumun elektron xidmətlərinə SİMA yeni nəsil rəqəmsal imza ilə əlçatanlıq mümkündür.
Qeyd edək ki, “SİMA İmza” mobil tətbiqinin endirilmə sayı 4 milyona yaxındır. Yeni nəsil rəqəmsal imza ilə tərəfdaşlıq edən dövlət və özəl qurumların sayı 70-i keçib. Ölkə qanunvericiliyinə edilən müvafiq dəyişiklikdən sonra əmək müqavilələrinin 98 faizi (2 milyona yaxın şəxs tərəfindən) “SİMA İmza” ilə elektron şəkildə imzalanıb. SİMA ilə həyata keçirilmiş ümumi tranzaksiya sayı isə 36 milyonu ötüb.
Qeyd edək ki, “SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. Dövlət və özəl sektorda vətəndaşların və qurumların rəqəmsal əməliyyatlarını asanlaşdırır. Azərbaycan vətəndaşları, Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər, fərdi sahibkarlar və hüquqi şəxslər olduqları yerdən elektron xidmətlərdən yararlanırlar.
“SİMA İmza” istifadə rahatlığı, sürət və təhlükəsizlik baxımından dövlət-özəl tərəfdaşlığı çərçivəsində həm vətəndaş məmnuniyyətinin yüksəlməsinə, həm də şəxslərin rəqəmsal hökumət konseptindəki rolunun aktivləşməsinə təkan verib. Mobil tətbiqi yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur











.jpg)







