Avropa bankı Azərbaycan bankına növbəti dəfə iri həcmdə kredit ayırdı
Bank Respublika və EBRD Azərbaycanda real sektorun dəstəklənməsi məqsədilə növbəti irihəcmli saziş imzalayıbÖlkənin aparıcı banklarından biri olan real sektorun aktiv dəstəkçisi Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İttifaqının dəstəyi ilə Avropa Davamlı İnkişaf Fondunun Plus (EFSD+) proqramı çərçivəsində mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə kredit sazişi imzalayıblar.
Marja.az "Bank Respublika"ya istinadən xəbər verir ki, sazişə əsasən, EBRD “Bank Respublika”ya 10 milyon ABŞ dolları məbləğində, 3 il müddətinə, milli valyutada (AZN) sintetik kredit təqdim edəcək.
EFSD+ proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, onların rəqabətqabiliyyətini və inkişaf potensialını artırmaq məqsədi daşıyır. Cəlb olunan vəsait ölkə və Bank üçün prioritet sayılan real sektorun maliyyələşdirilməsinə, xüsusilə, regionlarda fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə yönəldiləcək.
Qeyd edək ki, Bank Respublika uzun illərdir Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına töhfə verir. Geniş filial şəbəkəsi, innovativ bank məhsulları və KOB sahəsində zəngin təcrübəsi sayəsində bank ölkədə biznes fəallığının artmasına, yeni iş yerlərinin yaradılmasına və daxili istehsalın güclənməsinə effektiv şəkildə dəstək göstərir.
““Avropa Yenidənqurma və İnkişaf Bankı kimi dünyanın aparıcı maliyyə institutlarından birinin növbəti dəfə Bank Respublikaya kreditin ayırması, nəhəng beynəlxalq maliyyə qurumlarının bankımıza göstərilən yüksək etimadın aydın təzahürüdür. Cəlb edilən vəsaitlər ölkə və Bank Respublika üçün prioritet sahə olan real sektorun inkişafına yönəldiləcək. Bu isə öz növbəsində Bank Respublika-nın davamlı iqtisadi inkişafa verdiyi strateji dəstəyin növbəti təsdiqidir.” – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
"Bank Respublika ilə olan uğurlu əməkdaşlığımızı regionlarda mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə imkanlarını daha da genişləndirəcək yeni kredit sazişi vasitəsilə davam etdirməkdən olduqca məmnunuq. Aşağı gəlirli regionlarda inklüziv artımın dəstəklənməsi və iqtisadi dayanıqlığın gücləndirilməsi bizim üçün əsas prioritet olaraq qalır.", – deyə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nataly Mouravidze bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)




.jpg)


