“Alibaba” Azərbaycana investisiya yatıra, birgə istehsal yarada bilər
“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur.Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzalanmış Birgə Bəyanatda elektron ticarət sahəsi üçün də yeni imkanlar vəd olunur, iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və kağızsız - elektron ticarətin inkişafı prioritet istiqamətlərdən biri kimi göstərilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalı 2017-ci ildən etibarən Azərbaycan məhsullarının dünyanın 15-dək aparıcı elektron ticarət platformasında yayımlanmasını təşkil edir. Bu istiqamətdə əldə olunan uğurlar sırasında Çinin “Alibaba” platforması xüsusi yer tutur. Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, “Azexport” ilə “Alibaba” platforması arasında yeddi ildən artıq davam edən əməkdaşlıq tarixçəsi mövcuddur. Əməkdaşlığın ilk mərhələsində bu platformada cəmi üç yerli şirkətin təxminən 10 adda məhsulu təmsil olunurdu. “Azexport” portalının fəaliyyəti nəticəsində bu rəqəmlər sürətlə artdı və hazırda “Alibaba” Azərbaycan məhsullarına dair ixrac sifarişləri və sorğularının sayına görə lider platformalardan birinə çevrilib. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan məhsullarının yalnız Çin bazarına deyil, həmçinin digər Asiya ölkələrinə, Okeaniya və Körfəz regionuna çıxış imkanları əhəmiyyətli dərəcədə genişlənib.
Ayxan Qədəşov qeyd edib ki, “Alibaba” platforması Azərbaycanda istehsal olunan məhsulların beynəlxalq rəqabət qabiliyyətinin artırılması və yeni bazarlara çıxışının təmin olunması baxımından müasir və strateji əhəmiyyətə malik rəqəmsal resursdur. Eyni zamanda, elektron ticarət sahəsində əməkdaşlığın hər iki ölkə tərəfindən ali səviyyədə tanınması və dəstəklənməsi bu sahədə daha geniş imkanlardan istifadə olunmasına şərait yaradır.
“Azexport” portalının rəhbəri hesab edir ki, bundan sonra Çinin rəqəmsal ticarət ekosisteminə dərin inteqrasiya, rəqəmsal texnologiyalar sahəsində təcrübə mübadiləsi, Çin şirkətlərinin Azərbaycanda elektron ticarət və logistika sahəsinə investisiya yatırması, Azərbaycanda birgə istehsal və ixrac imkanlarının yaradılması kimi istiqamətlərdən əməkdaşlıq daha da artacaq. Həmçinin Azərbaycanın qlobal ticarət yolları üzərində yerləşməsi və beynəlxalq səviyyədə artan iqtisadi nüfuzu Çinin aparıcı elektron ticarət şirkətlərinin ölkəmizdə fəaliyyətlərini genişləndirməsi üçün əlverişli mühit formalaşdırır. Bu isə öz növbəsində “Made in Azerbaijan” brendinin tanıdılması və qeyri-neft sektorunun ixrac potensialının artırılması baxımından mühüm rol oynayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















