“PAŞA Həyat” Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında
(®) “PAŞA Həyat Sığorta” ASC dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin tezliklə nəşr olunacaq “Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing-EOMM) kitabının Azərbaycan nəşrində yer alacaq.
Kitabda şirkətin uğurlu marketinq təcrübələri, müştəriyönümlü yanaşma və rəqəmsal transformasiya sahəsində atdığı addımlar regional kontekstdə nümunə kimi göstəriləcək.
"PAŞA Həyat"-ın sözügedən kitabda yer alması ilə bağlı fikirlərini bölüşən İdarə Heyətinin sədri Niyaz İsmayılov bildirib: “Biz gələcəyi gözləmirik – onu dizayn edirik. Bu gün atdığımız hər bir addım daha məqsədyönlü bir sabaha qoyulan sərmayədir. Bizim üçün ən vacib olan isə müştərilərimizlə qurduğumuz güvəndir. Onları fəaliyyətimizin mərkəzinə yerləşdirməklə, PAŞA Həyat Azərbaycanda həyat sığortasının mahiyyətini yenidən müəyyən etdi – bu xidmətartıq daha əlçatan, etibarlı və faydalı bir həllə çevrilib. Bu təcrübəmizi Essentials of Modern Marketing kitabının Azərbaycan nəşrində bölüşmək bizim üçün böyük qürurdur”.
100 ölkəni əhatə edən “Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing-EOMM) kitabı dünyanın müxtəlif bölgələrindən real biznes nümunələri ilə zənginləşdirilmiş nüfuzlu bir vəsaitdir. Qlobal layihədə Braziliya, Türkiyə, İsveçrə, İtaliya şirkətləri ilə yanaşı, Meta, Amazon, Google, Danone, Lamborghini, P&G kimi brendlərin uğurlu marketinq təcrübələri təqdim edilir.
Qeyd edək ki, “Kotler Impact”-ın MDB ölkələrindəki eksklüziv nümayəndəsi “AWE Consulting” kitabın ərsəyə gəlməsi prosesində önəmli əhəmiyyət daşıyır.
Şirkətin “Müasir Marketinqin Əsasları” kitabında yer alması rəqəmsal texnologiyaların yerli sığorta bazarında müştəri davranışına təsir gücünü nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Xüsusilə, şirkətin brend idarəçiliyi, məhsulun bazara çıxarılması, marketinq kommunikasiyaları və innovativ xidmətləri marketinq strategiyaları kontekstində təqdim ediləcək.
Qeyd edək ki, “PAŞA Həyat” 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. Müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Kredit Həyat Sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)









