VTB (Azərbaycan) ilk rübü 3,3 milyon manat mənfəətlə başa vurub
VTB (Azərbaycan) ASC 2025-ci ilin birinci rübünün (yanvar-mart) nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, VTB (Azərbaycan) ASC-nin cəmi aktivləri 2024-cü ilin 4-cü rübü ilə müqaisədə 10 faiz artaraq 348 milyon 541 min manata çatıb.
Bankın cəmi kredit portfelinin (müştərilərə verilmiş kreditlər) ümumi həcmi 235 milyon 764 min manat təşkil edib. VTB (Azərbaycan) biznesin dəstəklənməsinə xüsusi diqqət yetirir. Bu ilin birinci rübündə 76 milyon manatdan çox biznes kreditləri verilib ki, bu da müştərilərə verilən kreditlərin ümumi həcminin üçdə birini təşkil edir.
Bankın xalis faiz gəlirləri 2024-cü ilin birinci rübü ilə müqaisədə 2025-ci ilin birinci rübündə 42,5 faiz artaraq 7,5 milyon manat, qeyri-faiz gəlirləri isə 40 faiz artaraq 3 milyon 811 min manat təşkil edib.
2025-ci ilin birinci rübünün nəticələrinə görə, VTB (Azərbaycan)-nın kapitalının gəlirliliyi (ROE) 12,98% təşkil edib.
Bankın məcmu kapitalı 95 milyon 691 min manatı ötüb ki, bu da Mərkəzi Bankın normativ tələblərini 45 milyon 691 min manat (təxminən 2 dəfə) üstələyir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
33 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
























