Neftin kəskin ucuzlaşa biləcəyi ssenari - "Qiymət 40 dollardan aşağı düşə bilər"
"Goldman Sachs" neftin qiymətilə bağlı yenilənmiş ssenari proqnozlarını açıqlayıb. Qurumun analitikləri qlobal iqtisadi artımın yavaşlaması və OPEC+ karteli tərəfindən hasilatın azaldılmasınının tam dayandırılması kimi “ekstremal” ssenaridə Brent markalı neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşə biləcəyini proqnozlaşdırırlar. Qurumun əsas ssenarisində Brent nefti üzrə gələn il üçün qiymət proqnozu 55 dollardır.Qlobal investisiya bankı "Goldman Sachs" neft qiymətləri ilə bağlı proqnozunu paylaşıb.
Marja.az xəbər verir ki, bankın analitiklərinin fikrincə, ticarət müharibələrinin təsiri ilə Brent nefti bəzi “ekstremal” ssenarilərdə 2026-cı ilin sonuna kimi kəskin ucuzlaşa bilər.
Analitiklərə görə, qlobal iqtisadi artımın (qlobal ÜDM-in artımının) yavaşladığı, OPEC+ karteli tərəfindən hasilatın azaldılmasınının tam dayandırılması ssenarisində Brent markalı neftin qiyməti 2026-cı ilin sonuna kimi 40 dollardan aşağı düşə bilər.
Analitiklər, ABŞ-ın durğunluğa (tipik bir resessiyaya) daxil olduğu və OPEC-in hazırkı hasilat siyasətini davam etdirdiyi ssenaridə Brent neftinin bu ilin dekabrında 58 dollar, gələn ilin dekabrında isə 50 dollar olacağını gözləyirlər.
Qurumun əsas ssenarisində (ABŞ gömrük tariflərini əhəmiyyətli dərəcədə azaldarsa, ABŞ iqtisadiyyatı tənəzzüldən qaçarsa, OPEC+ iyun və iyul aylarında hasilatı orta dərəcədə artırarsa) Brent neftinin gələn il üçün qiymət proqnozu 55 dollardır. Belə ki, "Goldman Sachs" 2025-ci ilin dekabrınadək Brent və WTI markalı neftin qiymətlərinin bir barel üçün müvafiq olaraq 62 və 58 dollara, 2026-cı ilin dekabrına qədər isə 55 və 51 dollara qədər azalacağını proqnozlaşdırır.
Bununla belə, analitiklər qeyd ediblər ki, neft qiymətləri “davamlı olaraq 40 dollar/bareldən xeyli aşağı səviyyələrdə qala bilməz” və bunun iki səbəbi var: Birincisi, neftin qiyməti aşağı düşdüyü üçün ABŞ-da şist hasilatı ehtimal ki, azalacaq və bu da qiymətin yenidən artması üçün zəmini təmin edəcək. İkincisi, 2025-ci ildə ABŞ-da hər hansı potensial tənəzzülün şiddətli olacağı gözlənilmir.
Qlobal neft bazarları ABŞ Prezidenti Donald Trampın getdikcə artan ticarət müharibələri və müxtəlif ölkələrdən, o cümlədən Çindən intiqam alması ilə sarsılıb. “Brent” markalı neftin bir barelinin qiyməti dünən 63,20 dollara qədər dörd illik minimuma düşdükdən sonra hazırda 64,77 dollara satılır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
7 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
7 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb





















