“İnşaat Həftəsi” keçiriləcək - LAYİHƏLƏR AÇIQLANDI
2025-ci il “İnşaat Həftəsi”ndə həyata keçiriləcək layihələr açıqlandıAzərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası növbəti dəfə ölkəmizdə “İnşaat Həftəsi” keçirir.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 16 dekabr 2009-cu il fərmanına əsasən 10 aprel “İnşaatçılar Günü” olaraq hər il qeyd edilir.
ATMİA Baş Katibi Şahanə Sarı mətbuat nümayəndələrinə açıqlamasında bildirib ki, “İnşaat Həftəsi” çərçivəsinə hər zaman olduğu kimi, bu il də sistemli işlər həyata keçiriləcək. Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Sənaye Təhlükəsizliyi assosiasiyası ilə uzunmüddətli strateji əməkdaşlığa dair memorandum imzalanacaq, ATMİA Avprova Mühəndislik Cəmiyyətinə Üzvlüyə qəbul ediləcək.
Bundan əlavə “İnşaat Həftəsi” çərçivəsində “Mətanət A” Şirkətlər Qrupu tərəfindən Azərbaycanda ilk dəfə istehsal edilən İNOVEX oda və nəmə davamlı fasad lövhələrinin təqdimatının keçirlməsi nəzərdə tutulur. İNOVEX fasad lövhələri innovativ yaşıl inşaat texnologiyasına əsaslanaraq istehsal olunan unikal məhsuldur. Kərpic, mişar daşı, hörgü blokları və s. ilə müqayisədə layihələrin daha sürətli icrasına səbəb olacaq, həmçinin memar və dizaynerlərin dünya təmir tendensiyasına uyğun individual təmir həllərini asanlıqla tətbiq etməsinə imkan verəcək. İNOVEX yaşıl inşaat texnologiyası ilə istehsal edilir, istifadəsi rahatdır, ekoloji sağlamdır.
Qeyd edək ki, assosiasiya mütəmadi olaraq dünyadakı inşaat sektoru ilə bağlı yenilikləri və üzv şirkətlərin yeniliklərini digər şirkətlər arasında paylaşır, bu da sahibkarların sürətli şəkildə maariflənməsinə və dünya təcrübəsinin ölkəmizə sürətlə inteqrasiya etməsinə nail olur.
2017-ci ildə yaradılan assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur















.jpg)






