Kredit bürosuna kiber hücüm
ABŞ-ın kredit bürosu şirkəti "Equifax", kiber hücumlar nəticəsində təxminən 143 milyon müştərinin məlumatlarının kənar şəxslər tərəfindən ələ keçirildiyini bildirib.
"Marja"nın məlumatına görə, şirkətdən bildiriblər ki, bu ilin may-iyul aylarında edilən kiber hücum nəticəsində müştərilərin şəxsi məlumatları ələ keçirilib.
Sızan məlumatlar arasında müştərilərin adları, sosial müdafiə nömrələri, doğum tarixləri və sürücü sənədlərinin olduğu bildirilən açıqlamada, təxminən 209 min istifadəçinin kredit kartı, 182 min istifadəçinin da şəxsiyyət məlumatlarının oğurlandığı bildirilib.
Mütəxəssislər, 324 milyon əhalisi olan ABŞ-da 143 milyon insanın şəxsi məlumatlarının kiber təcavüzkarların əlinə keçməsini ölkə daxilində böyük miqyaslı bir təhlükəsizlik qorxusu kimi qiymətləndirirlər. ABŞ-da hər beş nəfərdən ikisinin şəxsi məlumatlarının risk altında olduğuna diqqəti çəkilir.
"Equifax"in açıqlamasının ardından, şirkətin səhminin qiyməti Nyu-York Birjası bağlanandan sonra aparılan məhdud əməliyyatlarda 9,2% dəyərdən düşərək 129,62 dollara qədər geriləyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 23 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























