Hyundai ABŞ-a 21 milyard dollar sərmayə yatıracaq
ABŞ prezidenti Donald Tramp Cənubi Koreyanın Hyundai şirkətinin ABŞ-a 21 milyard dollar sərmayə yatıracağını açıqlayıb.ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında yaxın gələcəkdə Hyundai-ın ABŞ-ın istehsal sənayesinə 5,8 milyard dollar sərmayə yatıracağını açıqlayıb.
Marja.az-ın məlumatına görə, bu çərçivədə şirkətin Luizianada quracağı zavodda ildə 2,7 milyon tondan çox polad istehsal edəcəyini və 1400-dən çox insanı iş yeri ilə təmin edəcəyini qeyd edən Tramp, daha sonra daha da genişləndiriləcək obyektin Hyundai-nin ABŞ-dakı ilk polad zavodu olacağını qeyd edib.
Tramp bildirib ki, Hyundai Luizianada quracağı zavodunddan Alabama və Corciyadakı avtomobil və ehtiyat hissələri zavodları üçün polad tədarük edəcək və bu zavodlar tezliklə hər il ABŞ istehsalı olan 1 milyondan əddəddən çox avtomobil istehsal edəcək.
Bu sərmayənin tariflərin (gömrük rüsumlarının) işlədiyinin güclü göstəricisi olduğunu iddia edən Tramp, "Hyundai Amerikada polad istehsal edəcək, Amerikada avtomobil istehsal edəcək. Nəticədə heç bir tarif ödəmək məcburiyyətində qalmayacaqlar. Bilirsiniz, məhsulunuzu Amerikada istehsal edirsinizsə, heç bir tarif yoxdur, ona görə də bu qədər sərmayə gəlir" deyib.
Luizianadakı yeni polad zavodunun Hyundai-nin yaxın bir neçə il ərzində ABŞ-da yatıracağı 21 milyard dollarlıq sərmayənin bir hissəsi olduğunu deyən Tramp, şirkətin Corciyada avtomobil istehsalını da əhəmiyyətli dərəcədə artıracağını və qabaqcıl Amerika texnologiya şirkətlərinə milyardlarla dollar sərmayə qoyacağını bildirib.
Hyundai 3 milyard dollarlıq LNG alacaq
Hyundai-ın İdarə Heyətinin sədri Euisun Chung 1986-cı ildən bəri ABŞ-a 20 milyard dollardan çox sərmayə yatırdıqlarını, birbaşa və ya dolayı yolla 570 mindən çox iş yerini yaratdıqlarını bildirib.
Qarşıdakı 4 ildə ABŞ-a 21 milyard dollarlıq yeni investisiya yatıracaqlarını açıqlayan Chung, bunun ABŞ-da indiyə qədər yatırdıqları ən yüksəkməbləğli sərmayə olacağını söyləyib.
Həmçinin Chung, ABŞ-dan 3 milyard dollar dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) alacaqlarını qeyd edərək, "Bütün bu səylər ABŞ-dakı tədarük zəncirimizin lokallaşdırılmasını sürətləndirəcək, əməliyyatlarımızı genişləndirəcək və Prezident Trampın rəhbərliyi altında Amerika işçi qüvvəmizi artıracaq" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 15 d. əvvəl
-
1 saat əvvəl
"CEO artıq yalnız menecer deyil, şirkətin əsas kommunikasiya kanalıdır" - MÜSAHİBƏ
-
-
1 saat əvvəl
İlk 2 ayda pərakəndə ticarət şəbəkəsində satışların məbləği 10 milyard manatı aşıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
AccessBank istehlak kreditinin maksimum məbləğini 50 000 AZN-ə qədər artırdı
-
3 saat əvvəl
Xiaomi-nin səhmləri yenilənmiş SU7-nin təqdimatından əvvəl 5% bahalaşıb
-
3 saat əvvəl
Xüsusi karantin rejiminin müddəti uzadıldı - 1 İYULADƏK QURU SƏRHƏDLƏR BAĞLI QALACAQ
-
3 saat əvvəl
20–30 mart tarixlərində əlavə reyslər təyin ediləcək - “Azərbaycan Dəmir Yolları”
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
"Qlobal iqtisadiyyatdakı son proseslər nəzərə alınacaq, yenilənmiş makroiqtisadi proqnozlar təqdim ediləcək"
Ən çox oxunanlar
Xüsusi karantin rejiminin müddəti uzadıldı - 1 İYULADƏK QURU SƏRHƏDLƏR BAĞLI QALACAQ
Azərbaycan 153 ölkə arasında 80-ci yerdə olub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Göygöl Şərab Zavodu nümunəvi vergi ödəyicisi kimi təltif olunub
Mir Camal Paşayev: “2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb





















