Azərbaycan-AYİB əlaqələri müzakirə edilib
Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadiyyat naziri, AYİB-də Azərbaycandan müdir Şahin Mustafayev ilə görüşüb.
Görüşdə Azərbaycanla AYİB arasında əməkdaşlıq, AYİB-in maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən mövcud və prioritet layihələr, eləcə də əlaqələrin daha da dərinləşdirilməsinə dair müzakirələr aparılıb.
Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və AYİB arasında əməkdaşlıq yüksək səviyyədədir. Ölkəmiz Bankla əlaqələrin inkişafına önəm verir və Suma Çakrabartinin ölkəmizə səfərləri Bank ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın genişlənməsinin göstəricisidir. Beynəlxalq maliyyə institutları, o cümlədən AYİB-lə birgə həyata keçirilən layihələrdə qabaqcıl təcrübənin tətbiq olunması, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir.
İqtisadiyyat naziri AYİB-in Azərbaycanda infrastruktur, enerji, su təchizatı, nəqliyyat sahələrində müxtəlif layihələri maliyyələşdirdiyini, banklara kredit xətti açdığını, özəl şirkətlərə birbaşa kredit ayırdığını qeyd edib. Görüşdə AYİB-in Azərbaycanda özəl sektorda 151 layihənin maliyyələşdirilməsinə 1,7 mlrd. ABŞ dolları məbləğində kredit ayırdığı və bunun əhəmiyyəti vurğulanıb.
Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, son zamanlar müxtəlif sahələrdə, xüsusilə də özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın prioritetləri barədə məlumat verib və bütün bunların ölkəmizlə AYİB arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaratdığını diqqətə çatdırıb.
AYİB prezidenti Suma Çakrabarti Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edib, belə səfərlərin Azərbaycan və bank arasında müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb. Suma Çakrabarti ölkəmizlə AYİB arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.
Görüşdə Cənub Qaz Dəhlizinə AYİB-in maliyyə dəstəyi, nəqliyyat infrastukturu, məişət tullantılarının idarə olunması və özəl sektora dəstək layihələri müzakirə olunub, AYİB-in Azərbaycanda kredit portfeli təhlil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















