AYNA: Müntəzəm marşrutlardakı bütün avtobuslarda nağdsız ödəniş mümkündür
Azərbaycana gətirilən və müntəzəm marşrut xətlərində istismara buraxılan bütün avtobuslar nağdsız ödənişlər üçün validatorlarla təchiz edilib.
Bunu açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.
"Rəqəmsal texnologiyaların geniş tətbiqi və sərnişinlərin rahatlığının təmin olunması məqsədilə ictimai nəqliyyatda nağdsız ödənişlərin əhatə dairəsinin tədricən genişləndirilməsi prosesi daim diqqət mərkəzində saxlanılır. İctimai nəqliyyat vasitələri parkının yenilənməsi çərçivəsində ölkəyə gətirilən və müntəzəm xətlərdə istismara buraxılan bütün avtobuslar nağdsız ödənişlər üçün validatorlarla təchiz edilib. Bu cihazların tətbiqi qanunvericiliyin tələblərinə uyğun olaraq marşrutlara dair daşıyıcı şirkətlər arasında keçirilən müsabiqənin də mütləq şərtlərindən biridir”, - deyə o qeyd edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
10 d. əvvəl
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
-
-
34 d. əvvəl
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
14 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
Ən çox oxunanlar
20 Yanvar faciəsindən 36 il ötür
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub




























