"İşin başında duran şəxslər həbs olunmayıb, onlar bura gəlməlidir" - 143 milyonluq mənimsəmə işi
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cəlal Kazımov çıxış edib.
O bildirib ki, mənimsəmədə birbaşa əli olan şəxslər hazırda azadlıqdadır: “Müdafiə Nazirlinin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin rəisi Rəfail Xələfov bu iş üzrə başda durur. Onun 7 milyon mənimsədiyi ekspertiza ilə müəyyən olunsa da, azadlıqdadır. Bununla yanaşı, N.Poladov da hələ də həbs olunmayıb. Onlar bura gəlməlidir. Bu vəsatətimiz birinci instansiya məhkəməsində də təmin edilmədi. Mənim imzam heç yerdə getməyib. Lakin mən 37 aydır həbsdəyəm. 102 hərbi hissənin ekspert rəyi 1 həftəyə hazırlanıb verilib. Bu, absurddur. Mənə mənimsəmə ilə bağlı irəli sürülən məbləğ tamamilə şişirdilib”.
O, 18 yaşından Vətənə xidmət etdiyini vurğulayıb: “Mənim xidmətim 18 yaşımdan başlayır. I Qarabağ müharibəsində iştirak etmişəm. Vətənimə bağlıyam. Bu cinayət işi üzrə biz sadəcə qurban verilmişik. Təftiş Nizami Məmmədovun vəzifəyə gəldiyi vaxtdan aparılıb. Əvvəlki dövrlər də yoxlanılmalı idi. Mən məhkəmədən adını çəkdiyim şəxslərin prosesə çağırılmasını xahiş edirəm”.
Hakim məhkəmə istintaqının aparılmadığını əsas gətirərək vəsatəti təmin etməyib.
Digər təqsirləndirilən Bayram Bayramovun vəkili istintaqın iş üzrə araşdırmasının nəticəsinin məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib.
Təqsirləndirilən Vüsal Əlizadə birinci instansiya məhkəməsində vəsatətlərinin təmin edildiyini, amma işin araşdırılmadığını bildirib:
“Bakı Hərbi Məhkəməsində işimiz düzgün araşdırılmadı. Biz 3 il bir aydır 3-4 kvadratmetr yerdə qalırıq. Mən apellyasiya şikayətimi müdafiə edirəm. Məhkəmədən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini xahiş edirəm”.
Məhkəmə prosesi aprelin 7-də davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
-
30 d. əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
54 d. əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
1 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
2 saat əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
2 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
Ən çox oxunanlar
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi


























