Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
(®) Ekoloji layihələrə daim dəstək verən Birbank, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl Gələcək” layihəsi çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub.
Aksiya zamanı Birbank əməkdaşları və müştərilərinin birgə iştirakı ilə 2800-dən çox ağac əkilib. Müşfiqabad qəsəbəsində keçirilən aksiya çərçivəsində ərazinin iqlim şəraitinə uyğun olaraq Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd edək ki, aksiya ötən il “Yaşıl dünya naminə həmrəylik” ili münasibətilə həyata keçirilən kampaniyanın davamı olaraq baş tutub. Kampaniyanın şərtlərinə əsasən 2024-cü ilin oktyabr və noyabr aylarında Birbank-da depozit faizlərini müddətin sonunda almaq şərti ilə ən azı 500 manat olmaqla 6, 12 və 18 aylıq müddətdə Rəqəmsal depozit yerləşdirən müştərilərin adına bank tərəfindən 1 ağac əkilib. Əkilən ağaclara görə müştərilərə xüsusi sertifikat təqdim edilib. Bununla da müştərilər rəqəmsal bankçılığın üstünlüklərindən faydalanmaqla yanaşı daha yaşıl dünya üçün töhfə vermiş olublar.
Layihənin əsas məqsədi ekoloji tarazlığın qorunmasına dəstək olmaq, ictimaiyyəti, xüsusən də gəncləri ətraf mühitin mühafizəsinə təşviq etmək və yaşıl gələcək üçün birgə fəaliyyətə səsləməkdir. Xatırladaq ki, Birbank Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində davamlı olaraq ətraf mühitin qorunması ilə bağlı layihələrə dəstək olur.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








