Ötən il ixracı sıfır olmuş və yaşı çox az olan 3 şirkət bu il ilk 5-likdə yer tutublar
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın fevral sayını təqdim edib.
Marja.az-ın məlumatına görə, 2025-ci ilin yanvar ayı üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa ötən ilin yanvar ayında ixrac həcmi sıfır məbləğdə olmuş 3 şirkət daxil olub: "Lepin LM" MMC, "6L Systems" MMC və "Export Stream" MMC.
İlk onluqda, "Lepin LM" MMC şirkəti 6,4 milyon dollarlıq ixrac həcmi ilə 2-ci, "6L Systems" MMC şirkəti 5 milyon dollarlıq ixrac həcmi ilə 4-cü, "Export Stream" MMC şirkəti isə 4,2 milyon dollarlıq ixrac həcmi ilə 5-ci yeri tutub.
Dövlət Vergi Xidmətinin məlumatlarından məlum olur ki, 2-ci yeri tutan "Lepin LM" MMC şirkəti 2024-cü ilin iyul ayında dövlət qeydiyyatına alınıb. Cəmi 20 manat nizamnamə kapitalı olan Şirkətin qanuni təmsilçisi MƏMMƏDOV RUSLAN MAXSUD OĞLU, hüquqi ünvanı AZ1014, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, BƏŞİR SƏFƏROĞLU ev.116 m.6-dır.
4-cü yeri tutan "6L Systems" MMC şirkəti 2023-cü ilin yanvar ayında "COMELSİS" MMC olaraq dövlət qeydiyyatına alınıb. 2023-cü martında şirkətin adı "6L Systems" MMC olaraq dəyişdirilib. 180 min manat nizamnamə kapitalı olan "6L Systems" MMC-nin qanuni təmsilçisi RƏHMANOV FƏRMAN HACI OĞLU, hüquqi ünvanı AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏFAYƏT MEHDİYEV ev.81-dir.
5-ci yeri tutan "Export Stream" MMC 2024-cü ilin sentyabr ayında dövlət qeydiyyatına alınıb. 10 manat nizamnamə kapitalı olan bu şirkətin qanuni təmsilçisi ƏHMƏDOV ŞAHİN VƏLİ OĞLU, hüquqi ünvanı AZ1009, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AK.ŞAMİL ƏZİZBƏYOV ev.105-dir.
Ötən il 51,4 milyon dollarlıq ixrac həcmi ilə İlk onluqda 5-ci yeri tutmuş Süleymanova Göhər Süleyman qızının adı 2025-ci ilin Yanvar ayı üzrə siyahıda yoxdur. Göhər Süleymanovanın 2023-cü ildə sıfır məbləğdə ixracı olduğu halda, 2024-cü ildə siyahıda 5-ci yeri tutumuşdu.
Qeyd edək ki, ötən il də, bazarda geniş tanınmayan, iri istehsal yeri olmayan şəxslər ixracatçı subyektlərin reytinqində ilk onluqda yer almışdılar. 2024-cü ildə məlum olub ki, həmin şəxlər kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmaq adı altında cinayətkarlıq ilə məşğul olublar, 1,1 milyard manatdan çox vəsaiti ölkəyə qaytırmayıblar. İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan şəxslər ilə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 27 d. əvvəl
-
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
2 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
-
2 saat əvvəl
"Fitch Solutions" Azərbaycanda 2026-cı il üçün inflyasiya gözləntilərini azaldıb
-
2 saat əvvəl
Bakıda Ramazana özəl tədbir: 3 gün Dubay əmlaklarına endirim ediləcək
-
3 saat əvvəl
VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























