Azərbaycan və Somali neft və qaz sahəsində əməkdaşlığa dair anlaşdı
Memorandum neft və qaz sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədilə təcrübə mübadiləsini, hər iki ölkədə keçiriləcək müvafiq tədbirlərdə iştirakı, eləcə də birgə seminarlar, forumların keçirilməsini nəzərdə tutur.Energetika naziri Pərviz Şahbazov ilə Somali Federativ Respublikasının neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed arasında görüş olub.
Energetika Nazirliyinin yaydığı məlumata görə, görüşdə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun bu yaxınlarda Azərbaycana səfəri və bu zaman imzalanmış sənədlərin iki ölkə arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına və ikitərəfli əlaqələrin bir çox sahələrdə inkişafına təkan verən rolundan bəhs edilib. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının əhəmiyyəti vurğulanıb.
Nazir Pərviz Şahbazov Azərbaycanın neft-qaz, bərpa olunan enerji sahələrində həyata keçirdiyi layihələr, xüsusilə enerji resurslarının dünya bazarlarına şaxələndirilmiş marşrutlarla nəqli üzrə təcrübəsi, həmçinin enerji sektorunda aparılan islahatlar barədə məlumat verib. Bu səfərin nəticələrinin ikitərəfli əlaqələrin enerji sahəsində inkişafına əlavə bir dəstək verəcəyini deyən nazir ölkələrimizin zəngin təcrübə və potensialı əsasında gələcəkdə faydalı əməkdaşlığın qurulacağına inamını ifadə edib.
Somalili nazir Dahir Shire Mohamed isə ölkəsinin Azərbaycanın enerji sahəsində liderliyini yüksək qiymətləndirərərək deyib ki, Azərbaycana səfərlərimiz ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır, çünki biz inkişaf üçün burdayıq. Biz iki qardaş ölkə üçün yeni bir qapı açırıq.
Görüş zamanı Somalidən olan tələbələrin Azərbaycanda neft sahəsində ixtisaslaşmış ali məktəblərdə təhsili ilə bağlı da fikir mübadiləsi aparılıb.
Yekunda “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Memorandum neft və qaz sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədilə təcrübə mübadiləsini, hər iki ölkədə keçiriləcək müvafiq tədbirlərdə iştirakı, eləcə də birgə seminarlar, forumların keçirilməsini nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
10 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur






















