Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR
Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yanvar ayı üzrə bank, monetar və ödənişlər sektorları ilə bağlı statistikaları açıqlayıb.
Marja.az Mərkəzi Bankın Statistik bülleteninə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar ayının sonunda fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 90.7 milyon manat, cəmi öhdəlikləri 46 milyard 402.3 milyon manat, balans kapitalı 6 milyard 688.4 milyon manat olmuşdur. Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 1.4 milyon manat, cəmi öhdəlikləri 46 milyard 383 milyon manat, balans kapitalı 6 milyard 618.4 milyon manat olmuşdu.
Hesabat ayında bankların kredit portfeli 0.1% və ya 37 milyon manat artaraq 27 milyard 514.7 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.5% (14 milyard 709.9 milyon manat);
ıı) istehlak kreditləri – 31.1% (8 milyard 551.7 milyon manat)
ııı) ipoteka kreditləri – 15.4% (4 milyard 253.1 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.6% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79.7%-i və ya 36 milyard 961 milyon manat. Depozit portfelinin 61.1%-i (22 milyard 575.5 milyon manat) hüquqi şəxslərin, 38.9%-i (14 milyard 385.4 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66%-i (9 milyard 497 milyon manat) milli valyutada, 34%-i (4 milyard 888.4 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.8%-i (8 milyard 746.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1.7% və ya 146 milyon manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 671.1 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73.8%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.5 faiz bəndi azalaraq 33.5% təşkil etmişdir.
2025-ci ilin yanvar ayında banklar 71 milyon manat xalis mənfəət, 122.5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.
31 yanvar 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 min 253 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% və ya 89 nəfər artaraq 25 min 452 nəfər təşkil etmişdir.
Cari ilin yanvar ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 1.5% artaraq 34 milyard 752.2 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 38.2 milyon manat artaraq 2 milyard 623.6 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyi-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki artım ilə əlaqədardır.
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 67 min ədəd artaraq 19 milyon 965 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15.8% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 18.1%, kredit kartları üzrə 0.3% təşkil etmişdir.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.4 dəfə artmışdır. 2025-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 milyard 902 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 845 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 52 milyon manatı POS-terminallar, 3.1 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 68.5%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin yanvar ayının sonu ilə müqayisədə bankomatların sayı 6.8%, POS-terminalların sayı 37.3% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
9 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 saat sonra
-
-
7 saat əvvəl
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
-
7 saat əvvəl
Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
-
7 saat əvvəl
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
-
8 saat əvvəl
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
-
8 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb





















