2020-ci ildən bəri bir ilk: Qızıl 8 həftədir ardıcıl olaraq bahalaşır
2025-ci ilin sonunda 1 unsiya qızılın qiymətinin 3200 dollara çatacağı proqnozu da verilib.Zəif iqtisadi məlumatlar və inflyasiyanın daha da artacağı barədə proqnozlar təhlükəsiz liman tələbini gücləndirdiyi üçün qızıl rekord səviyyələrə yaxın ticarət olunur.
Marja.az xəbər verir ki, son səkkiz həftədə fasiləsiz qiyməti artan qızıl, yeni həftənin ilk ticarət günündə 2940 unsiya/dollardan ticarət edilir. Bu qiymət artımı 2020-ci ildən bəri ən uzunmüddətli yüksəliş tendensiyası kimi diqqəti çəkir.
Analitiklərə görə, bazarlarda artan qeyri-müəyyənliyin qızıla olan marağı artırır. Ticarət qeyri-müəyyənliklərinin tezliklə aradan qalxması gözlənilmir, buna görə də qızıl qiymətləri bu həftə də tarixi ən yüksək səviyyələrinə (yeni rekord) çata bilər.
Analitiklərin fikrincə, qızılın bir unsiyasının 2951 dollar səviyyəsi güclü müqavimət nöqtəsi kimi önə çıxır. Bildirilir ki, bu həddi keçərsə, qiymətlər 2983 dollara qədər qalxa bilər. Digər tərəfdən, 2919 dollar səviyyəsi mümkün geri çəkilmədəmn sonra ilk güclü dəstək (təkan) nöqtəsi olaraq izlənilir.
Donald Trampın ABŞ-da ticarət müharibələrini canlandırması, ölkədəki inflyasiya və pul siyasəti yolu, geosiyasi gərginliklər qızılla bağlı proqnozların yenilənməsinə səbəb olur. Bloomberg-in reytinqinə görə, ən yaxşı qızıl qiyməti proqnozlaşdıran qurum olan UBS 2025-ci ilin ortaları üçün qızılın qiyməti proqnozunu 1 unsiya üçün 3200 dollara yüksəldib.
Dünyanın ən böyük broker şirkətləri və banklarının analitikləri qızılın rekord qıran qiymətləri üçün 2025-ci il üçün qiymət proqnozlarını yeniləyiblər və bunu davam etdirirlər. 16 qurumun 2025-ci ilin sonu üçün qızılın qiyməti barədə orta proqnozu 2877 dollar, ən yüksək proqnoz 3200 dollar, ən aşağı təxmin isə 2700 dollardır.
16 qurumun orta qiymət proqnozu (2877 dollar) götürüldükdə, 2025-ci ilin sonunda qızılın qiyməti hazırkı səviyyədən (2940 dollar) aşağı ola bilər. Ən yüksək qiymət proqnozuna (3200 dollar) baxdığımızda, qızılın qiyməti mövcud qiymət ilə müqayisədə 8,8 faiz də arta bilər.
Qurumların 2025-ci ilin sonunda qızılın qiyməti barədə proqnozları:
UBS: 3200 dollar
Goldman Sachs: 3100 dollar
JPMorgan: 2950 dollar
Commerzbank: 2650 dollar
Intesa: 2700 dollar
MPS Capital Services: 2750 dollar
Julius Baer: 2950 dollar
Citigroup: 2975 dollar
ING: 2700 dollar
BofA (Bank of America): 3000 dollar
Standard Chartered: 2750 dollar
MUFG (Mitsubishi UFJ Financial Group): 3080 dollar
NBD: 2900 dollar
ANZ: 2900 dollar
BNP Paribas: 2725 dollar
Morgan Stanley: 2700 dollar
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
18 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
30 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
37 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
46 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın







.jpg)








.jpg)









