Azercell Kanada ilə əməkdaşlığı genişləndirmək imkanı qazandı
Şirkətinin prezidenti və digər rəsmilər Kanadanın Ontario əyalətinin Tədqiqat, İnnovasiya və Elm naziri ilə görüş keçirib
Azercell Telekom MMC Kanadanın Ontario əyalətinin Tədqiqat, İnnovasiya və Elm naziri cənab Reza Moridi-nin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azercell rəsmiləri şirkətin prezidenti cənab Vahid Mürsəliyevin rəhbərliyi altında 5 sentyabr 2017-ci il tarixdə şirkətin baş ofisində Kanadadan olan nümayəndə heyəti ilə görüş keçirib.
Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, görüş nazir Reza Moridi və Kanadadan olan nümayəndə heyətinin Azərbaycana, xüsusilə ölkənin sürətlə inkişaf edən mobil rabitə sektoruna göstərdiyi maraq çərçivəsində reallaşıb. Tərəflər Ontarioda fəaliyyət göstərən qurumlar və Azercell Telekom arasında mobil texnologiyalar, innovasiyalar, sahibkarlıq, insan qaynaqları və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif imkanları müzakirə ediblər.
Qeyd edək ki, Ontario əhali sayına görə Kanadanın ən böyük, ərazisinə görə isə 2-ci ən böyük əyalətidir. Hazırda ölkə əhalisinin təxminən 40%-i bu əyalətdə yaşayır. Kanadanın paytaxtı Ottava şəhəri və əhalinin ən sıx məskunlaşmış şəhəri olan Toronto bu əyalətdə yerləşdir. OntarionunTədqiqat, İnnovasiya və Elm Nazirliyi elmi kəşflərin, yeni texnologiya və məhsulların kommersiya yönümlü tətbiqinə dair işlər görür, həmçinin yeni iş yerlərinin açılması və əyalətin iqtisadi inkişafına dəstək vermək məqsədilə universitetlərdə, kollec və xəstəxanalarda fəaliyyət göstərən tədqiqat qrupları, sahibkarlar və biznes liderləri ilə sıx əməkdaşlıq edir.
Görüş zamanı nazir Reza Moridi Kanadanın Hökümət strukturu, ölkədə son illər ərzində müşahidə edilən iqtisadi inkişaf və Ontario əyalətinin İKT sahəsində əldə etdiyi uğurlar barədə məlumat verib. O həmçinin 5G texnologiyasının tətbiqi, kiber təhlükəsizlik, süni intellektin və M2M texnologiyalarının (sürücüsüz avtomobil və s.) inkişafına dövlət tərəfindən xüsusi diqqət ayrıldığını və bu sahələrə iri həcmli investisiyaların qoyulduğunu qeyd edib. Nazir bildirib ki, Azercell şirkətinin naqilsiz rabitə texnologiyaları sahəsində əldə etdiyi uğurları nəzərə alaraq, Kanada şirkətləri ilə əməkdaşlığın həm şirkət üçün, həm də bütövlükdə Azərbaycan üçün faydalı olacağını hesab edir. Öz növbəsində Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev nazir Reza Moridi və nümayəndə heyətinə ziyarətə və Azercell-i tərəfdaş şirkət hesab etdiklərinə görə öz minnətdarlığını bildirib. V. Mürsəliyev inkişaf etmiş Ontario əyaləti ilə Azərbaycanın qabaqcıl mobil operatoru və Cənubi Qafqaz regionunda İnnovativ Mobil Texnologiyalar sahəsində pioner şirkət sayılan Azercell Telekom arasında tədqiqat və innovasiya sahəsində əməkdaşlıq üçün xeyli sayda imkanların mövcudluğunu qeyd edib. Şirkətin prezidenti bildirib ki, bu əməkdaşlıq həmçinin Azercell abunəçilərinə yeni üstünlüklər gətirə bilər. Cənab Mürsəliyev Azercell-in telekommunikasiya sektoruna verdiyi tövhələrdən və İKT sahəsində düyanın ən peşəkar mütəxəssisləri sırasında olan şirkətin mühəndislərinin nailiyyətlərindən bəhs edib.
V.Mürsəliyev bildirib ki, Azercell hər bir vətəndaşın işini və həyatınını daha da rahat etmək üçün təhlükəsiz və innovativ texnoloji gələcəyin qurulması istiqamətində əməkdaşlıqlara açıqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 14 saat əvvəl
-
14 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
16 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb















