ABB korporativ müştərilər üçün mühüm bir xidməti təqdim etdi
Azərbaycan Mərkəzi Bankının və Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) birgə təşkilatçılığı ilə SWIFT istifadəçiləri qrupunun görüşü keçirilib.
Görüşdə ölkəmizdə fəaliyyət göstərən və SWIFT-in xidmətlərindən faydalanan bankların təmsilçiləri iştirak edib.
Tədbir zamanı ABB-nin SWIFT-lə tərəfdaşlıq əsasında ABB Business İnternet Bankçılıq platforması üzərindən korporativ müştərilərin istifadəsinə verdiyi “G4C” xidməti təqdim olunub.
Bu, ABB-nin son illər ölkəmizin bank sektoruna gətirdiyi ilklərdəndir. “G4C” xidməti vasitəsilə korporativ müştərilər ölkə xaricindən onlara başqa ölkələrin valyutalarında edilən köçürmələri İnternet Bankçılıqda izləyə, əməliyyatların statusunu mütəmadi nəzarətdə saxlaya bilirlər.
Qeyd edək ki, ABB-nin ilk dəfə yaratdığı bu imkana qədər yalnız ölkədən xaricə valyutada edilən köçümələri bu şəkildə izləmək olurdu. İndi isə “G4C” xidməti vasitəsilə həm ölkəyə, həm də ölkədən edilən köçürmələrin statusunu nəzarətdə saxlamaq olar.
Görüş zamanı ABB-nin SWIFT-lə əməkdaşlıq çərçivəsində yaxın vaxtlarda müştərilərə təqdim edəcəyi “Pre-validation” və “Swiftref” məhsulları haqqında da məlumatlar verilib.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)
