Azərbaycan İtaliyanın dəmir yolu operatorundan pay alıb
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ-ın “BlackRock” şirkətinin tərkibinə daxil olan “Global Infrastructure Partners (GIP)” tərəfindən idarə olunan investisiya fonduna qoşularaq İtaliyanın aparıcı yüksək sürətli dəmir yolu operatoru “Italo – Nuovo Trasporto Viaggiatori S.p.A (Italo)”ya 34,5 milyon avro məbləğində sərmayə yatırıb.
Bu barədə “Marja” ARDNF-ə istinadən xəbər verir.
Məlumata görə, 2012-ci ildə yaradılmış “Italo”, İtaliyada ilk özəl yüksək sürətli sərnişin dəmir yolu operatoru kimi sektorda qabaqcıl şirkətlərdən biridir. Şirkət saatda 360 km-ə qədər sürət yığa bilən “25 AGV 575” və “26 Italo EVO” qatarlarından ibarət parkı ilə Milan-Roma dəhlizi də daxil olmaqla, İtaliyanın 54 şəhərini əhatə edən marşrutlarda fəaliyyət göstərir.
2024-cü ildə qlobal konteyner daşımaları sahəsində fəaliyyət göstərən “MSC” şirkəti “Italo”nun təxminən 50 %-lik səhmlərini “GIP”-dən əldə edib. Qalan 50 %-lik pay isə “GIP”, müştərək investorlar və “GIP” tərəfindən idarə olunan ARDNF-nin də daxil olduğu fondlara məxsusdur.
Yüksək əməliyyat göstəriciləri ilə səciyyələnən “Italo” dayanıqlı mobillik həllərinə artan tələbat fonunda böyük artım potensialına malikdir. Bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 34 d. əvvəl
-
55 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi





















