Elektronika mağazaları şəbəkələri arasında "İrşad" ən çox vergi ödəyən şirkət olub
İrşad 2024-cü ildə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən 100 vergi ödəyicisinin siyahısında yer alıb. Şirkətin ödədiyi vergi məbləği 14,3 milyon manat təşkil edib ki, bu da onun iqtisadi aktivliyinin və bazardakı mövqeyinin göstəricisidir.Azərbaycanın ən çox vergi ödəyən şirkətləri ilə bağlı siyahının açıqlanması biznes mühitində şəffaflığın artırılması baxımından əhəmiyyətli addımlardan biri hesab olunur. Beynəlxalq təcrübə göstərir ki, bir çox ölkələrdə bu cür məlumatların paylaşılması biznes subyektlərinin iqtisadiyyata verdiyi töhfənin daha aydın görünməsinə imkan yaradır. Həmçinin, bu cür açıqlamalar şirkətlərin fəaliyyətində şəffaflıq prinsipinin nə dərəcədə ön planda olduğunu nümayiş etdirir.
Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan özəl sektorun aparıcı nümayəndələrindən biri olan İrşad da ölkənin ən çox vergi ödəyən 100 şirkətləri arasında yer alıb.
İrşad-ın yaydığı məlumatda bildirilir ki, son illərdə dinamik inkişaf yolu keçən şirkət, həm iqtisadi göstəriciləri, həm də dövlət büdcəsinə verdiyi töhfə ilə diqqət çəkir.
Açıqlanan rəsmi siyahıya əsasən, İrşad 2024-cü ildə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən 100 vergi ödəyicisinin siyahısında yer alıb. Şirkətin ödədiyi vergi məbləği 14,3 milyon manat təşkil edib ki, bu da onun iqtisadi aktivliyinin və bazardakı mövqeyinin göstəricisidir.
Qeyd edilib ki, Azərbaycanda bu cür məlumatların ictimaiyyətə təqdim olunması, həm biznes sektorunda rəqabət mühitini gücləndirir, həm də istehlakçıların seçim meyarlarına təsir göstərir. Müasir istehlakçı davranışları üzərində aparılan araşdırmalar da göstərir ki, vətəndaşlar daha çox şəffaf və sosial məsuliyyətli şirkətləri seçməyə meyillidirlər.
"İrşad-ın bu siyahıda yer alması onun bazardakı mövqeyinin və iqtisadi aktivliyinin göstəricisi olmaqla yanaşı, həm də ölkə iqtisadiyyatına töhfəsinin bariz nümunəsidir",- məlumatda bildirilir.
Qeyd edək ki, Azərbaycanın ən çox vergi ödəyən şirkətləri siyahısı ölkə iqtisadiyyatında mühüm rol oynayan müəssisələri müəyyən etməklə yanaşı, biznes sektorunda şəffaflıq və inkişaf göstəricilərini də əks etdirir. Siyahı ilə buradan ətraflı tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/gelecek-strategiyalarplanlar
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
17 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























