Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftə Amerikada həm İstehlak Qiymətləri İndeksi, həm də İstehsal Qiymətləri İndeksi proqnozların üzərində açıqlansa da, Amerika prezidenti Donalt Trampın Yaxın Şərqdə gərginliyin artmasına səbəb olan təhdidləri fonunda investorların dollara olan etimadı sarsıldı. ABŞ-ın növbəti münaqişənin iştirakçısı olma ehtimallarının yüksəlməsi dollar üzərində təzyiqləri artırdı.
Belə ki, ötən həftəyə 1.02890 və 1.23700 hədlərində start verən EUR/USD və GBPUSD müvafiq olaraq 1.05140 və 1.25860 səviyyələrinə kimi bahalaşdılar. “Güvənli liman” maliyyə alətləri olan qızıl, İsveçrə frankı və Yapon yeni də dollar qarşısında gücləniblər. USD/CHF və USD/JPY məzənnələri geriləyərək ötən həftəni 152.320 yen və 0.89970 frank hədlərində başa vurublar. Qızıl ötən həftədə də ard-arda rekord yeniləməklə həftəyə damğasını vurdu. “Sarı metal” 2942.70$-a kimi yüksələrək tarixi maksimumlarını növbəti dəfə yenilədikdən sonra, bir qədər gerilədi və həftəlik şamını 2885$ həddində tamamladı.
Bu həftə bütün bazar iştirakçıları Amerika prezidenti Donald Trampın həftənin çərşəmbə gününə planlaşdırılan çıxışına fokuslanıblar. “Mister Təhdid”-in bu dəfə kimləri və nə ilə təhdid edəcəyi bu həftənin əsas kilid nöqtəsidir.
Cari həftə ərzində Avstraliyadan, Yeni Zelandiyadan və Türkiyə Cümhuriyyətindən gələcək faiz qərarları, Böyük Britaniyada və Kanadada dərc olunacaq İstehlak Qiymətləri İndeksi (CPI), İstehlak Qiymətlərinin Baza İndeksi (Core CPI) və İstehsal Qiymətləri İndeksi (PPI) göstəriciləri birjaların diqqət mərkəzində olacaq.
İnvestorlar çərşənbə axşamı çıxış edəcək İngiltərə Mərkəzi Bankının (BoE) sədri Endryu Beylinin açıqlamalarında tənzimləyici qurumun monetar siyasətinin gələcəyinə dair ipucları axtaracaqlar.
Bu həftə ərzində, həmçinin, Avrozonada, Almaniyada, İngiltərədə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Kompozit Biznes Aktivliyi İndeksi, Amerikada isə Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi kimi önəmli isqtisadi göstəricilər və “FOMC”-un son toplantısının protokolları dərc olunacaq.
EUR
Ötən həftəni 1.04920 səviyyəsində başa vuran EURUSD məzənnəsi cari həftəyə enişlə start verdi və hazırda, 1.04858 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq PMI və ZEW Hesabatları avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.
“Buğalar” qiyməti 1.06$ həddinin üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, eniş tendensiyası artım trendi ilə əvəzlənə bilər.
GBP
Keçən həftəni 1.26$ həddində tamalayan GBPUSD məzənnəsi hazırda 1.25900 səviyyəsində ticarət olunur. “Buğalar” qiyməti 1.27$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinq də artım tendensiyası hakim ola və 1.29$-a kimi davam edə bilər.
Bu həftə isə İngiltərədə dərc olunacaq əmək bazarı hesabatı, həmçinin, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Kompozit Biznes Aktivliyi İndeksi kimi iqtisadi-statistik rəqəmlər funtun dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
XAU/USD
Qızıl ötən həftə 28942.70$-a kimi yüksələrək tarixi maksimumlarını növbəti dəfə yenilədikdən sonra, 2885$-a kimi geriləyib.
Hazırda, 2901$-dan təklif olunan “sarı metal”, investorların Amerika prezidentinin Yaxın Şərqi hədəf alan təhdidləri və ticarət tərəfdaşlarına yönəlmiş tarif siyasətinin həm qlobal iqtisadi, həm də geosiyasi riskləri artıra biləcəyinə dair qorxuları fonunda yenidən “güvənli liman” olaraq son sığınacaq roluna üstlənib. Bu isə qızılın kəskin bahalaşmasına dəstək ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 58 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
1 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
-
1 saat əvvəl
"Fitch Solutions" Azərbaycanda 2026-cı il üçün inflyasiya gözləntilərini azaldıb
-
1 saat əvvəl
Bakıda Ramazana özəl tədbir: 3 gün Dubay əmlaklarına endirim ediləcək
-
1 saat əvvəl
VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi
-
2 saat əvvəl
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
-
2 saat əvvəl
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
Fevralın 21-də gözlənilən hava şəraiti
Kanada şirkəti: Quba–Xəzəryanı regionunda 2027-ci ildə seysmik və qazma işlərinə başlamağı planlaşdırırıq
Dünya markaları ilə rəqabət aparan Azərbaycan məhsulu – "KNARR" boyaları xarici bazarlarda möhkəmlənir
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB




















