“Yango Azərbaycan” və Azərbaycan Cüdo Federasiyası arasında strateji tərəfdaşlığa start verilib - FOTO
"Yango Azərbaycan" şirkəti və Azərbaycan Cüdo Federasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlığın əsas istiqamətləri idmana marağın artırılması, həmçinin şəhər mühitində mobilliyin və komfort səviyyəsinin yüksəldilməsidir. Olimpiya və dünya çempionu, cüdo üzrə milli komandanın üzvü Hidayət Heydərov, həmçinin cüdo üzrə qadınlardan ibarət milli yığma komandanın üzvləri "Yango Azərbaycan" servislərinin yeni səfirləri olacaqlar.Beynəlxalq texnologiyalar şirkəti "Yango Group"un tərkibinə daxil olan "Yango Azərbaycan" şirkəti və Azərbaycan Cüdo Federasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Əməkdaşlığın qurulmasında məqsəd ölkədə idmana marağın artırılmasına töhfə vermək, həmçinin şəhər mühitində mobilliyin və komfort səviyyəsinin yüksəldilməsinə nail olmaqdır.
"Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlığımız texnologiyaların və cüdo fəlsəfəsinin sinerjisidir. Bu əməkdaşlıq nizam-intizam, hörmət və davamlı inkişafa nail olmaq əzmi kimi ortaq dəyərlərə əsaslanır. Məqsəd birlikdə təhsilə dəstək vermək, eləcə də şəhər mühitində mobilliyin təhlükəsizliyinin və keyfiyyətinin artırılmasına yönəlmiş sosial təşəbbüsləri inkişaf etdirməkdir. İnanırıq ki, cüdo fəlsəfəsi təkcə peşəkar idmançılar üçün deyil, bütün şəhər ekosistemi üçün ilham mənbəyi ola bilər", - "Yango Ride" şirkətinin Azərbaycan üzrə rəhbəri Müşviq Həsənov imzalanma mərasimində bildirib.
Strateji tərəfdaşlıq çərçivəsində Olimpiya və dünya çempionu, cüdo üzrə milli komandanın üzvü Hidayət Heydərov, həmçinin cüdo üzrə qadınlardan ibarət milli yığma komandanın üzvləri "Yango Azərbaycan" servislərinin yeni səfirləri olacaqlar.
"Azərbaycan Cüdo Federasiyası "Yango"nun dəstəyini yüksək qiymətləndirir. Bu, təkcə idmana edilən sərmayə deyil, həm də Azərbaycanda qadın cüdosunun gücləndirilməsi istiqamətində atılan mühüm addımdır. Bu tərəfdaşlıq idmançılarımıza daha yaxşı məşq imkanları, beynəlxalq təcrübə və daha yüksək motivasiya qazandıracaq. Sevindirici məqam odur ki, federasiyamızın dəyərləri "Yango"nun prinsipləri ilə üst-üstə düşür. Bu tərəfdaşlıq vasitəsilə biz gender bərabərliyini təşviq edir, təhsili dəstəkləyir və müsbət sosial dəyişikliklərə töhfə veririk. İdmançıları ruhlandıraraq və yeni imkanlar yaradaraq, Azərbaycanın cüdo sahəsində aparıcı ölkələrdən birinə çevrilməsi üçün çalışırıq", - Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
Taksi sifarişi və çatdırılma xidmətləri göstərən "Yango Azərbaycan" servisləri 2022-ci ildə ölkə bazarına daxil olub. 2024-cü ildə "Yango" supertətbiqinə ictimai nəqliyyatda səfərlərin planlaşdırılması, məhsulların çatdırılması üzrə "Market" və restoranlardan hazır yeməklərin sifarişi üzrə "Yemək" xidmətləri əlavə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
1 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir























