SOCAR istiqrazlarına abunə yazılan investorlara əlavə qazanc təklifi
(®) PAŞA Kapital investorlara SOCAR istiqrazlarının abunə yazılışı müddətində illik 2% gəlir əldə etmək və komissiyasız xidmətdən faydalanmaq imkanı təqdim edir.
Belə ki, 25.02.2025-ci il tarixinədək SOCAR istiqrazları üzrə abunə yazılışına qoşulan investorlar vəsaitlərinin daxil olduğu gündən 04.03.2025-ci il tarixinədək olan müddətdə PAŞA Kapital-dan illik 2% gəlir əldə edəcəklər. Yəni, məsələn, 07 fevral tarixində abunə yazılışı üçün PAŞA Kapitala müraciət edirsiz, vəsaitinizi yerləşdirirsiz və 04 mart tarixinə qədər olan müddətdə o vəsaitin üzərinə illik 2% gəlir qazanırsız.
İnvestorların abunə yazılışı müddətində qazanacaqları faiz gəlirləri 07.03.2025-ci il tarixindən sonra hesablarına köçürüləcək.
Xüsusi olaraq qeyd edək ki, fiziki şəxslər SOCAR istiqrazlarının alışı zamanı aşağıdakı xərclərdən tam azaddır:
-Depo hesabın açılışı;
-Broker komissiyası;
-Bakı Fond Birjasının komissiyası.
"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin anderrayteri olduğu SOCAR istiqrazlarının əsas xüsusiyyətləri aşağıdakı kimidir:
-Nominal dəyər: 1 000 ABŞ dolları;
-Gəlirlilik faizi: illik 6%;
-Kupon ödənişi: rüblük;
-Tədavül müddəti: 5 il;
-Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş.
"Yaşıl Gəlir, Yaşıl Gələcək" şüarı ilə təqdim edilən bu istiqrazları əldə etmək istəyən şəxslər 28 fevral 2025-ci il tarixinədək PAŞA Kapital-ın onlayn müraciət platforması - https://www.pashacapital.az/trading/socar vasitəsilə müraciət edərək abunə yazılışında iştirak edə bilər.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
21 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 40 d. əvvəl
- 43 d. əvvəl
- 44 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)


.jpg)








