WhatsApp ödənişli olur!
Facebook, WhatsApp mobil tətbiqindən pul qazanmağın yeni yollarını axtarır.
"Marja" xəbər verir ki, Facebook, sahibi olduğu WhatsApp tətbiqində şirkət hesablarından pul qazanmaq niyyətindədir.
WhatsApp-ın Əməliyyat direktoru Matt Idema, iş adamlarına və şirkətlərə təqdim edəcəkləri əlavə funksiyalar qarşılığında ödəniş alacaqlarını açıqlayıb.
Idema, pullu xüsusiyyətlərin nə olduğunu və nə zaman istifadəçiyə veriləcəyini açıqlamayıb və "Ödənişin detallarını hələ müəyyən etməmişik" deyə bildirib.
Yaxın dövrdə də korporativ hesabların rəsmi olduğunu sübut edən "yaşıl quş" işarə xüsusiyyəti tətbiq edilmişdi.
"Wall Street Journal"ın bildirdiyinə görə, bir milyarddan çox istifadəçiyə malik populyar mesajlaşma proqramına korporativ ünsiyyətlə bağlı yeni xüsusiyyətlər əlavə olunacaq.
WhatsAppın rəsmi bloqundakı bülletenə görə də, istifadəçilərin WhatsApptaki böyük şirkətlərə aid hesablarla daha asan əlaqə qurmaları üçün yeniliklər tətbiq ediləcək.
WhatsAppın bloqunda "Kiçik şirkətlər üçün pulsuz olan Whatsapp Business tətbiqi üzərindən istifadə ediləcək yeni funksiyalar və hava yolu şirkətləri, e-ticarət saytları, banklar kimi böyük şirkətlər üçün yeni həlllər test etməkdəyik" qeyd edilib.
Facebook 2014-cü ildə WhatsApp tətbiqini 22 milyard dollara satın almışdı.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























