Coca-Cola şirkəti Azərbaycanda 5000 iş yerini dəstəkləyir - 2025-də Azərbaycanda 2-ci zavodu açılacaq
Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd etməyə hazırlaşır. 2025-ci ildə Coca-Cola-nın Azərbaycanda 2-ci istehsal müəssisəsinin açılması planlaşdırılır.“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova CBC Azərbaycan telekanalına verdiyi müsahibəsində qeyd edib ki, Coca-Cola 2025-ci ildə 30 illiyini qeyd edəcək.
Belə ki, 1994-cü ildən etibarən ölkədə fəaliyyət göstərən Coca-Cola Azərbaycanın qeyri-neft sektorunun ilk və ən böyük investorlarından biridir.
Rəna xanım bildirib ki, Coca-Cola məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək, fərqlilik yaratmaqdır:
“Coca-Cola şirkəti olaraq 30 il ərzində yalnız keyfiyyətli məhsullar istehsal etməklə kifayətlənməyib, həm də Azərbaycan iqtisadiyyatına və sosial, ekoloji sahələrə töhfə verməklə işgüzar əlaqələr qurduq. Azərbaycanda Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuluq. Azərbaycanın zəngin mədəniyyəti və irsindən ilham alaraq gələcəkdə də bu əlaqələri daha da möhkəmləndirmək üçün çalışmağa davam edəcəyik”.
Hazırda 400-dən çox işçisi olan Coca-Cola Azərbaycan təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Bununla yanaşı, şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.
Qeyd edək ki, şirkətin inkişaf planı çərçivəsində 2025-ci ildə Coca-Cola-nın Azərbaycanda 2-ci istehsal müəssisəsinin açılması planlaşdırılır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























