ABŞ-Çin ticarət müharibəsi fonunda qızılın qiyməti yeni rekord həddə çatdı
Ticarət müharibələrinin təsiri ilə qlobal bazarlarda qızılın 1 unsiyasının qiyməti 2856 dollara yüksəlib. Bu, indiyədək qeydə alınmış ən yüksək səviyyədir.ABŞ-Çin ticarət müharibəsi "təhlükəsiz liman" tələbini artırdığı üçün qızıl 1,5% də bahalaşaraq qiyməti rekord həddə çatıb.
Marja.az xəbər verir ki, beynəlxalq bazarlarda külçə qızılın bir unsiyasının qiyməti 2856 dollara yüksələrək qədər bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Bu, ABŞ prezidenti Donald Trampın bir gün əvvəl Çin idxalına 10 faizlik rüsum tətbiq etməsindən sonra baş verib ki, bu da Pekinin sürətli cavab reaksiyasına səbəb olub.
Çin də ABŞ-a əlavə gömrük rüsumları ilə cavab verib. Bu rüsumların dünyanın iki ən böyük iqtisadiyyatına təsiri ilə bağlı çox narahatlıq var. Həmçinin bazarlar gömrük rüsumlarının (tariflər) inflyasiyanı yenidən alovlandıracağı təqdirdə ABŞ-ın pul siyasətinə hər hansı təsirinin olub-olmadığını görmək üçün gözləyirlər.
Qeyri-müəyyənliyə əlavə olaraq, Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında ABŞ-ın Qəzza zolağını nəzarətə götürməsini və müharibədən zərər çəkmiş bölgənin bərpasına görə məsuliyyəti öz üzərinə götürməsini təklif edib.
Qiymətli metal artan qeyri-müəyyənlikdən faydalansa da, faiz dərəcələri yüksək qalarsa, dəyərini itirə bilər.
"Saxo Capital Markets"in strateqi Charu Chanana, "Kim bu ssenaridə təhlükəsiz sığınacaq istəməz? ABŞ-Çin danışıqlarında heç bir xoş xəbər və Qəzza xəbərləri ilə bağlı daha çox geosiyasi narahatlıqlar, ABŞ dollarının hara getməsindən (yuxarı və ya aşağı - red) asılı olmayaraq qızıla əlavə dəstək verməyə davam edəcək" deyib.
Bakı vaxtı ilə saat 08:38-də qızıl 0,45 faiz bahalşama ilə bir unsiyası 2855,56 dollardan ticarət olunub. Dollar İndeksi çərşənbə axşamı 0,7 faiz itkisindən sonra bu gün səhər 0,1 faiz ucuzlaşıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz





















