Rusiya, İran və Azərbaycan Rəşt-Astara dəmir yolu xətti üzrə üçtərəfli görüş keçirəcəklər
Rusiya, İran və Azərbaycanın xarici işlər, nəqliyyat, energetika nazirlikləri və gömrük xidmətlərinin rəhbərləri “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin gedişatını müzakirə etmək üçün yaxın vaxtlarda görüş keçirəcəklər.
TASS xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali jurnalistlərə açıqlamasında bildirib.
“Yaxın vaxtlarda İran, Rusiya və Azərbaycanın xarici işlər, nəqliyyat, energetika nazirləri və gömrük xidmətlərinin rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyi planlaşdırırıq”, - deyə səfir qeyd edib.
Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi ilə bağlı müqavilənin 2025-ci ilin martına qədər imzalanması planlaşdırılır.
Qeyd edək ki, 2023-cü ilin mayında Rusiya və İran Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsinin tikintisi haqqında saziş bağlayıblar. Bu infrastrukturun tamamlanması Sankt-Peterburqdan Fars körfəzindəki Bəndər-Abbas limanına qədər fasiləsiz dəmir yolu əlaqəsi yaradacaq. Tikinti işlərinin 2027-2028-ci illərdə başa çatması nəzərdə tutulur.
“Şimal-Cənub” nəqliyyat dəhlizi Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında formalaşdırılıb. Dəhlizin əsas məqsədi Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya yükdaşımaların müddətini azaltmaqdır. Hazırda mövcud marşrutla Hindistandan Rusiyaya yüklərin çatdırılması 6 həftədən artıq vaxt alırsa, “Şimal-Cənub” dəhlizinin tam fəaliyyətə başlaması ilə bu müddətin iki dəfə azalacağı proqnozlaşdırılır.
Hesablamalara görə, dəhlizin yükdaşıma potensialı 2030-cu ilə qədər 14,6 milyon tondan 24,7 milyon tona qədər artacaq ki, bu da Azərbaycanın regionun əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilməsinə mühüm töhfə verəcək.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
-
10 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
11 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 10-da gözlənilən hava şəraiti
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
Ən çox oxunanlar
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Müharibə İraqln neft hasilatını vurdu – İstehsal 60% azalıb
























