Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə iş icazələri elektron qaydada təqdim ediləcək

Azərbaycan Respublikası Prezidenti 08 noyabr 2024-cü il tarixdə iş icazəsinin elektron qaydada verilməsini nəzərdə tutan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi barədə qanunvericilik aktlarını imzalamışdır.
Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumatda bildirilir ki, qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələri Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli vəzifəli şəxsinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənərək elektron üsulla veriləcək.
Qanun qüvvəyə mindiyi günədək verilmiş (müddəti uzadılmış) iş icazələri onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu iş icazələri itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə dövlət rüsumu ödənilmədən işəgötürənin həmin icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunacaqdır.
Xatırladaq ki, işəgötürənlər işə cəlb etmək istədikləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almaq məqsədilə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər.
Dövlət Miqrasiya Xidməti tərəfindən bu gündən etibarən müraciət edən işəgötürənlərə iş icazələri müraciət formasından asılı olmayaraq yalnız elektron qaydada təqdim ediləcək.
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - [email protected] e-maili vasitəsilə müraciət edə bilərsiniz.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
- 3 gün sonra
-
1 d. əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 9 d. əvvəl
-
12 d. əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
29 d. əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 34 d. əvvəl
-
38 d. əvvəl
Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı

“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
