Ötən il sığorta ödənişlərinin 74 faizdən çoxu “PAŞA Həyat” və “PAŞA Sığorta” şirkətlərinin payına düşüb
Ötən il 752 milyon 712 min manatlıq cəmi sığorta ödənişlərinin 560 milyon 70 min manatlıq hissəsi bu iki şirkət tərəfindən verilib.2024-cü ildə “PAŞA Həyat Sığorta” ASC tərəfindən 594 milyon 399 min manat sığorta haqları hesablanmış, 418 milyon 779 min manat sığorta ödənişləri həyata keçirilmişdir.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə “PAŞA Həyat Sığorta” tərəfindən 517 milyon 467 min manat sığorta haqları hesablanmış, 266 milyon 164 min manat sığorta ödəniləri həyata keçirilmişdi.
2024-cü ildə “PAŞA Sığorta” ASC tərəfindən isə 317 milyon 559 min manat sığorta haqları hesablanmış, 141 milyon 291 min manat sığorta ödənişləri həyata keçirilmişdir. 2023-cü ildə bu rəqəmlər müvafiq olaraq 293 milyon 90 min manat və 144 milyon 12 min manat təşkil etmişdi.
Ötən il “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” şirkətləri tərəfindən birlikdə 911 milyon 958 min manat sığorta haqları hesablanmış, 560 milyon 70 min manat sığorta ödənişləri həyata keçirilmişdir. Ötən il bütün sığorta şirkətləri tərəfindən 1 milyard 353 milyon 185 min manat sığorta haqları hesablanmış, 752 milyon 712 min manat sığorta ödənişləri həyata keçirilmişdir.
Beləliklə, ötən il sığorta bazarında hesablanmış sığorta haqlarının 67,4 faizi, sığorta ödənişlərinin isə 74,4 faizi “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” şirkətlərinin payına düşüb. 2023-cü ildə bu nisbətlər müvafiq olaraq 66,3 faiz və 69,8 faiz idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)



