Taleh Kazımov Mərkəzi Bankın faizlərini aşağı sala biləcəyinə işarə etdi
Mərkəzi Bank pauza rejiminə son qoya bilər."Növbəti faiz qərarlarımız faktiki və proqnozlaşdırılan inflyasiyadan, iqtisadiyyatda olan meyllərdən asılı olacaq. Bizim gözləntilərimiz doğrulduğu şəraitdə, yəni, inflyasiya hədəf diapozonunda və daha aşağı səviyyələrdə formalaşmasını müşahidə etdiyimiz zaman, biz öz pul siyasətimizi yumuşaltma istiqamətində nəzərdən keçirəcəyik".
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Pul siyasətinin yumuşaldılması faizlərin daha da azaldılacağına işarədir.
İNFLYASİYA PROQNOZUNU 0,3 FAİZ BƏNDİ AZALDIB
Mərkəzi Bank mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir. Xatırladaq ki, bundan əvvəl Mərkəzi Bank bu il üçün 5,8 % illik inflyasiya proqnozlaşdırırdı. İnflyasiya proqnozunun 0,3 faiz bəndi aşağı salınması kənd təsərrüfatı məhsulları indeksində artımın daha aşağı olacağının gözlənilməsilə bağlıdır.
Taleh Kazımov qeyd edib ki, inflyasiya azalma trendində olduğu üçün Mərkəzi Bankın İdarə Heyəti pul siyasətini yumşalda bilər: "İdarə Heyətində bu fikiri dəstəkləyənlərin sayı getdikcə artır".
Mərkəzi Bankın sədri əlavə edib ki, uçot dərəcəsində 7% səviyyəsi Mərkəzi Bank üçün neytral səviyyədir.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il mart ayının 12-də ictimaiyyətə açıqlanacaq.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Artıq 6-cı iclasdır Mərkəzi Bank faizlərini dəyişməz saxlayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
14 d. əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
-
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
1 saat əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
17 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı























