Bitcoin kəskin ucuzlaşdı
1 Sentyabr günü 5000 dollara qalxan Bitcoin yenidən kəskin ucuzlaşıb. Hazırda (07:30) Bitcoin 4180 dollardan ticarət olunur.
Kəskin azalma Bitcoin-dən sonra ən böyük virtual pul vahidi Etheryumda da baş verir. 1 Sentyabrda 394,78 dollara qalxan Etheryum bu gün 280 dollara düşüb.
"Marja" xəbər verir ki, sərt ucuzlşamanın səbəbi Çin Mərkəzi Bankının bu gün verdiyi açıqlamadır. Bank, virtual pul dünyasında son zamanlar olduqca önəmli yer tutan və bir növ virtual pul ilə xalqa təklif sistemi olan ICO-nun qanunsuz olduğunu açıqlayıb. Bank açıqlamasında həmçinin bu cür işləri görənləri cərimələyəcəyini də qeyd edib. Bu açıqlamadan sonra virtual pul vahidləri süquta keçib.
ICO NƏDİR?
ICO, blockchain və virtual pul texnologiyalarını ehtiva edən layihələrdə sahibkarların başlanğıc investisiyanı təmin etdikləri bir növ xalqa açılmağa verilən ad kimi tanınır. Xüsusilə, blockchain anlayışının yayılması, Bitcoin və Etheryum kimi virtual pulların istifadəsinin artması ilə birlikdə ortaya çıxıb.
Xalqa təklif (İlkin kütləvi təklif) - yəni IPO və virtual pul ilə xalqa təklif - yəni ICO bir-birinə bənzər olsalar da, bir-birindən əhəmiyyətli fərqləri var. Hər ikisi də bir kütlənin sərmayəsilə bir layihə həyata keçirməyi və yaranan dəyərdən investorlara pay vermək üzərində qurulmuşdur. Ancaq IPO investorları adətən daha böyük sərmayəçilər olduğu halda ICO ilə bir layihəyə 100 dollar da investisiya etmək olar. Digər bir fərq isə ICO nəticəsində investora pul deyil, "virtual pul" verildiyindən ICO bir çox ölkə qanununa tabe deyil.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























