"Rabitəbank" 2024-cü ili mənfəət ilə başa vurub
"Rabitəbank" ASC 2024-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayıb. Belə ki, müvafiq dövr üzrə Rabitəbank 14 milyon 851 min manat xalis mənfəət əldə edib.
Cari ildə Bankın aktivləri 1.4% artaraq 1 milyard 154 milyon manata çatıb.
KREDİT PORTFELİNDƏ MÜSBƏT DİNAMİKA
Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.6 % artıb. Nəticədə ümumi kredit portfeli 848 milyon 92 min manata yüksəlib.
Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, biznes kreditləri portfeli 15.5% artaraq 399 milyon 112 min manata, o cümlədən, istehlak kreditləri portfeli 22.4% artaraq 293 milyon 398 min manata, ipoteka kreditləri isə 14.3% artaraq 155 milyon 582 min manata çatıb.
BANKDA FİZİKİ ŞƏXSLƏRİN ƏMANƏTLƏRİ ARTIB
Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, fiziki şəxslər üzrə əmanətlər isə 3.7% artaraq 461 milyon 954 min manata çatıb.
FAİZ GƏLİRLƏRİ YÜKSƏLİB
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 25.4% artaraq 114 milyon 286 min manata çatıb. Qeyri-faiz gəlirləri isə 2.7% artımla 52 milyon 972 min manata yüksəlib.
Məcmu kapitalına nəzər saldıqda isə görürük ki, ötən ilin eyni dövrü ilə müqayisədə 17.3% artaraq 132 milyon 859 min manat olub.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 27 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
14 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 41 d. əvvəl
- 45 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
- 53 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)









.jpg)







