Yaponiya Mərkəzi Bankı rəsmisindən faiz artımı siqnalı
Yaponiya Mərkəzi Bankının (BOJ) sədr müavini Ryozo Himino bildirib ki, bank gələn həftə faiz dərəcəsini artırmağı nəzərdən keçirəcək.
İş dünyası ilə görüşdə danışan Himino, işçilərin maaşlarında artımın davam edəcəyi ehtimalının yüksəldiyini və ABŞ-da yeni rəhbərliyin siyasət prioritetlərinin aydınlaşmasını gözləyəcəklərini bildirib.
Himino, Yaponiyada deflyasiyaya səbəb olan amillər və onların yaratdığı şokların geridə qaldığından, real faiz dərəcəsinin mənfi olaraq qalmasının “mümkün olmayacağını” ifadə edib.
ABŞ iqtisadiyyatının hazırkı vəziyyətdə güclü qalmaqda davam edəcəyini bildirən Himino, Trampın 20 yanvarda andiçmə mərasimində çıxışında ABŞ-ın iqtisadi siyasətlərinin ana xəttlərinin aydınlaşacağını qeyd edib və əlavə edib: “İdarə Heyəti bundan sonra faizin artırılıb artırılmayacağını müzakirə edəcək".
Bəzi analitiklər BOJ-nin 23-24 yanvarda keçiriləcək pul siyasəti toplantısında faiz artıracağını proqnozlaşdırır. Mərkəzi Bankın qısamüddətli faiz dərəcəsi hazırda 0,25 faiz səviyyəsindədir.
Himinonun açıqlamalarından sonra Yaponiyanın 10 illik dövlət istiqrazları, ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirlərindəki artımın da təsiri ilə demək olar ki, 14 ilin ən yüksək səviyyəsi olan 1,245 faizə yüksəlib.
BOJ ötən ilin mart ayında mənfi faiz siyasətini dayandırıb ə 2 faizlik inflyasiya hədəfinə nail olmaq üçün iyul ayında qısamüddətli siyasət faiz dərəcəsini 0,25 faiz səviyyəsində müəyyən edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 48 d. əvvəl
-
- 50 d. əvvəl
-
59 d. əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























