Prezident Gömrüyün sədrini təltif etdi
Prezident İlham Əliyev Şahin Bağırovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ş.S.Bağırovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
Marja.az xəbər verir ki, Sərəncam ilə, Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şahin Bağırov 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Respublikadan kənar təhsil proqramı çərçivəsində 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir.İkinci təhsil kimi 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işinin təşkili” fakültəsini bitirmişdir.
2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.
Əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan Respublikasında Aqrar Sənayə Kompleksi sistemində ixtisasına uyğun olaraq fəaliyyətə başlamışdır.
1992-ci ildən gömrük sistemində inspektor vəzifəsində fəaliyyətə başlamış, gömrük sistemində müxtəlif vəzifələrdə çalışmış və Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə qədər yüksəlmişdir.
Birləşmiş Millətlər Təşkilatının Avropa Iqtisadi Komissiyasının nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupunun sədr müavini, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Yük Daşımaları haqqında Gömrük konvensiyasının İnzibati Komitəsinin sədri vəzifəsində, eləcə də Sərhədlərdə Yüklərə Nəzarət Şərtlərinin Razılaşdırılması üzrə Beynəlxalq Konvensiyanın (1982) İnzibati Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir.
2019-2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışmışdır.
2014-ci ilin fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə gömrük xidməti general-leytenantı rütbəsi verilib.
2010-cu ildə Azərbaycanın iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2012-ci ildə 3-cü dərəcəli, 2016-cı ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
2023-cü ilin fevralın 14-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri təyin edilib.
Ailəlidir, 2 övladı var.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
27 d. əvvəl
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
- 34 d. əvvəl
-
-
37 d. əvvəl
"SK Hynix" şirkətinin səhmləri irihəcmli listinq müraciətindən sonra 11% bahalaşıb
-
1 saat əvvəl
Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir
-
10 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
10 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
“Azərbaycan Nəşriyyatı”nın zərəri artıb
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
Ən çox oxunanlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var

























