Ölkəmizdə III dəfə Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək!
Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi hesabatlılığının düzgün təşkili hər bir şirkətin güclü və dayanıqlı fəaliyyətində mühüm rol oynayır. “Hesabın Gücü” konsept mesajı ilə keçiriləcək üçüncü “Vergi və Mühasibatlıq Zirvəsi” məhz bu reallığı vurğulayaraq, uçot sahəsindəki peşəkarların biznesin inkişafında oynadıqları əvəzolunmaz rolu ön plana çıxarır.
Əvvəlki illərdə ardıcıl iki dəfə keçirilmiş “Zirvə” öz məqsədinə çatmış, çoxlu sayda uçot müətəxəssisi, ekspert, biznes və dövlət nümayəndələrinin iştirakı ilə əvəzsiz müzakirə, şəbəkələşmə, sahə üzrə yeniliklərin mübadiləsi platformasına çevrilmişdir. Hər iki tədbirdən sonra həmkarlarımızdan çoxlu sayda təşəkkür, təkilif və iradlar daxil olmuş, onların dəyərli düşüncələri, sağlam tənqidləri tədbirin gələcəyinə işıq tutmuşdur. Gələcəyə yönələn bu fikirlər həm də tədbir təşkilatçılarını daha yaxşısını etməyə ruhlandırmış, növbəti tədbirin bünövrəsini hazırlamışdır.
2025-ci ilin 1 mart tarixində Gülüstan Sarayında baş tutacaq növbəti “Vergi və Mühasibatlıq Zirvəsi”nin üç maraqlı və faydalı paneldən ibarət olması planlaşdırılır:
1. Maliyyə riskləri və uçot.
2. Peşəkar Mühasib Sertifikatı: qızıl bilet, yoxsa məcburiyyət?
3. Vergilər: menecment və vizyon.
Panellərin adlarından da göründüyü kimi tədbirdə maliyyə idarəetməsi sahəsində biznes riskləri, biznesin etibarlılığı və imicinin qorunması baxımından vergi qanunvericiliyinin düzgün tətbiqi, cari əməliyyatların icrası və strateji qərarların qəbulu zamanı peşəkar kadrların əhəmiyyəti diqqət mərkəzində olacaq.
Qeyd edək ki, “Rəqəmlərin ritmi” sloqanı ilə keçirilmiş ilk Vergi və Mühasibatlıq Zirvəsi, həmçinin “Düzgün hesab” konsept mesajı ilə keçirilən Vergi və Mühasibatlıq Zirvəsində 600 nəfərə yaxın mühasib, maliyyəçi, vergi mütəxəssisi, sahibkar və digər bu sahədə maraqlı şəxslər iştirak ediblər.
Növbəti sloqanımız olan “Hesabın Gücü” şüarı, maliyyə sisteminin biznes üçün yaratdığı dəyəri və düzgün idarəetmə ilə şirkətlərin güclənməsindəki rolunu simvolizə edir. Bu güc yalnız rəqəmlərdə deyil, eyni zamanda hər bir şirkətin dayanıqlı böyüməsi və inkişafı üçün vacib olan dəqiq məlumat və analitik qərar vermə qabiliyyətindədir. Hər bir biznes, maliyyə sistemini gücləndirərək, daha yüksək hədəflərə doğru irəliləyə və daha möhkəm təmələ malik ola bilər. Bu səbəbdən, “Hesabın Gücü” sadəcə bir şüar deyil, iş dünyasında uğurun təməl prinsiplərindən biridir.
Dəyərli mühasiblər, maliyyəçilər, uçot peşəkarları!
Gəlin növbəti dəfə “Vergi və Mühasibatlıq Zirvə”sində bilik və təcrübə mübadiləsi edək, dəyərli həmkarlarımızın təqdimatında yeniliklərlə tanış olaq, sektorun inkişafına öz töhfəmizi verək!
1 mart Gülüstan Sarayında görüşmək ümidi ilə!
Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına (www.vmz.az) və sosial media hesablarına keçid edə bilərsiniz.
https://www.instagram.com/vmzbaku/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
6 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
8 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
8 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!























