Azercell “İşçi Rifahı 2024” mükafatına layiq görüldü
Mobil operator sənaye təhlükəsizliyi və rifah sahəsində nümunəvi fəaliyyətinə görə təltif edildi(®) “Azercell Telekom” MMC “Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə “İşçi Rifahı 2024” mükafatı ilə təltif edilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Belə ki, münsiflər heyəti lider mobil operatorun SƏTƏM (Sənaye Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Azercell işçi rifahı, sənaye təhlükəsizliyi, ətraf mühit standartlarının təkmilləşdirilməsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrlə fərqlənib.
Qeyd edək ki, “Sıfıra doğru” şüarı altında keçirilən Zirvə toplantısı sənaye təhlükəsizliyi və əməyin mühafizəsi sahəsində qlobal yeniliklərin, eləcə də qabaqcıl təcrübələrin müzakirəsinə həsr olunub. Tədbirdə 350-dən çox dövlət və özəl sektor nümayəndəsi, yüksək vəzifəli şəxslər, iş adamları və sahə üzrə mütəxəssislər iştirak ediblər.
Qeyd edək ki, “Azercell Telekom” MMC insan kapitalına yüksək dəyər verir və təhlükəsiz, dayanıqlı iş mühitinin qurulmasına yönəlmiş ardıcıl təşəbbüslər həyata keçirir. Şirkət sağlamlıq və sosial rifaha yönəlmiş proqramlarla yanaşı, işçiləri ergonomik və rahat iş mühiti ilə təmin edir. Bununla yanaşı, sağlamlıq sığortası, tibbi müayinələrə çıxış, psixoloji dəstək və stressin idarə olunması üzrə təlimlər kimi işçilərin rifahının artırılmasına yönəlmiş proqramlar təklif edir.
“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)








