ABB biznes proseslərində “SİMA İmza”nın geniş tətbiqinə başladı
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imzanın Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən genişmiqyaslı rəqəmsal xidmətlər üzrə tətbiqinə başlanılıb.
Artıq fərdi sahibkarlar və hüquqi şəxslər ABB-nin “İnternet bankçılıq” (cb.abb-bank.az) xidmətində yeni müştəri kimi “SİMA İmza” ilə qeydiyyatdan keçə bilərlər. Portala daxil olduqdan sonra aşağıdakı biznes proseslərini banka getmədən, tam rəqəmsal şəkildə həyata keçirmək mümkündür:
- Bank hesablarının açılması
- Pulköçürmələri və konvertasiya əməliyyatları
- Hökumət ödənişləri
- “ANİPay” ödənişləri
- Kredit ərizələrinin imzalanması
- ATM və POS-terminal əməliyyatları
- AKB və “Asan Finance” razılıq ərizələrinin təsdiqi
- Qeyri-bank xidmətlərindən istifadə
Qeyri-bank xidmətləri dedikdə, vergi xidmətləri (bəyannamələrin verilməsi) və gömrük fəaliyyəti üzrə əməliyyatlar nəzərdə tutulur.
Qeyd edək ki, fərdi sahibkarlar və hüquqi şəxslər “SİMA İmza”nı heç bir xidmət məntəqəsinə getmədən onlayn şəkildə əldə edə bilərlər. Bunun üçün “SİMA İmza” tətbiqini yükləmək və qeydiyyatdan keçmək kifayətdir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)















