Analitiklərdən 2025 proqnozu: Qızıl və gümüşdə bahalaşma gözləntiləri
Analitiklərin fikrincə, 2025-ci ildə qlobal əmtəə qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşəcəyi gözlənilir. Bununla belə, qızıl və gümüş kimi bir sıra əmtələrin qiymətlərinin artacağı proqnozlaşdırılır.
Marja xəbər verir ki, bazar iştirakçıları, dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinin əmtəə tələbinin bərpa lacağına ümid edirlər, bu da bazar üçün əlavə stimul ola bilər.
Qızılın qiyməti keçən il ən yüksək səviyyəsinə çatıb və yeni rekordlar 2025-ci ildə də davam edə bilər.
"BullionVault" qızıl investisiya xidmətləri şirkətinin tədqiqat direktoru Adrian Ash deyib:
“İnvestorlar 2025-ci il üçün qızıl və gümüşə nikbin baxırlar, çünki onlar geosiyasət və dövlət borcları ilə bağlı çox pessimistdirlər". O, sarı metalın riskə qarşı hedcinq rolunu da vurğulayb.
QIZIL
Qlobal investisiya bankı "JPMorgan"ın analitikləri xüsusən də ABŞ-ın siyasətinin "artan gömrük rüsumları, artan ticarət gərginliyi və iqtisadi artım üçün daha yüksək risklər şəklində daha çox pozucu olarsa" qızılın qiymətinin artacağını gözləyirlər.
Qızıl ötən il son 10 ildə ən yaxşı illik performansını göstərib. Qızılın qiyməti 2024-cü ildə mərkəzi bank və pərakəndə investor alışlarının təsiri ilə təxminən 27% artıb.
"BullionVault" və "JPMorgan" 1 unsiya qızılın qiymətinin 2025-ci ildə 3000 dollara yüksələcəyini gözləyirlər.
GÜMÜŞ
Günəş enerjisinə tələb davamlı olaraq qaldığından və metalın tədarükü məhdud olduğundan 2025-ci ildə gümüşün qiymətinin də yüksələcəyi gözlənilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















