Qırğızıstanda da metapnevmovirus infeksiyasına yoluxma halı aşkarlanıb
Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı aşkarlanıb.
Bu barədə Qırğızıstanın “KABAR” agentliyi məlumat yayıb. Bildirilib ki, xəstələrin laborator müayinələrinin nəticələrinə əsasən virusa yoluxma iki nəfərdə qeydə alınıb.
Mütəxəssislərin məlumatına görə, son bir həftə ərzində Qırğızıstanda 5737 kəskin respirator virus infeksiyası və qripə yoluxma halı qeydə alınıb. Ötən ilin eyni həftəsi ilə müqayisədə xəstələnmədə 1,7 dəfə azalma müşahidə olunur.
Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə qrip, kəskin respirator virus infeksiyaları və COVID-19 üzrə epidemioloji vəziyyətin monitorinqi və qiymətləndirilməsi davam etdirilir.
Qeyd edək ki, metapnevmovirus infeksiyası sürətli gedişi ilə xarakterizə olunan kəskin respirator infeksiyadır. İlk dəfə 1968-ci ilin iyulunda Honkonqda qeydə alınıb. Əsasən hava damcıları və daha az dərəcədə məişət təmasları ilə ötürülür. İnfeksiyanın əsas əlamətləri öskürək, burun axması, nəfəs darlığı, qızdırma, baş ağrısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
6 d. əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
-
- 8 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
2 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
2 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Ən çox oxunanlar
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı























