"FERRUM KAPİTAL" 12,5 faizlə 1 milyon manat borc alır - 10 YANVARDA HƏRRAC KEÇİRİLƏCƏK
26 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM KAPİTAL" QSC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Marja.az Birjanın yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi 10 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında kütləvi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Faktorinq xidmətləri göstərən şirkət istiqraz yerləşdirməklə 1 milyon manat borc alır. Tədavül müddəti 2 il olan istiqrazlar üzrə faiz dərəcəsi 12.5% təşkil edir və faizlərin ödəniş periodu hər 3 aydan birdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "FERRUM KAPİTAL" QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2018022288
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması: Kütləvi / Birqiymətli
İstiqrazların sayı: 1000 (ədəd)
İlkin ticarət qiyməti: 1000 AZN
İstiqrazların buraxılış həcmi: 1 000 000 AZN
İllik gəlirlilik faizi: 12.5%
Ödəmə periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir
Tədavül müddəti: 2 il
Ticarətə buraxılma tarixi: 10.01.2025
Anderrayter: “PAŞA Kapital İ.Ş.” ASC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
-
33 d. əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
1 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 2 saat əvvəl
-
11 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 22 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Ən çox oxunanlar
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?























