Norm Ustalar Klubunun ustaları praktik imtahanı uğurla başa vurublar
(®) Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə “Norm” ASC arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Norm Ustalar Klubunun üzvləri olan ustalar üçün “İnşaat ustası” peşə ixtisası üzrə qiymətləndirmə və tanınma imtahanının ikinci, yəni praktik mərhələsi baş tutub.
Nəzəri imtahandan uğurla keçmiş və praktik imtahanda iştirak etməyə haqq qazanmış 23 ustadan 21-nin bacarıqları qiymətləndirilib. Praktik imtahanlar 3 gün davam edib və ustaların “Binanın dəmir-beton karkasının quraşdırılması”, “Divar hörgüsü və dam örtüyü”, “Tamamlama işləri: suvaq, qapı - pəncərə, pilləkən, sanitar qovşaqları, boya işləri, kanalizasiya, su işləri” və “Abadlıq işləri və tikintinin təhvil verilməsi” modulları üzrə bacarıqları sınaqdan keçirilib.
Ekspertlər tərəfindən verilən tapşırıqları nəzərdə tutulmuş vaxt çərçivəsində icra edən ustaların işi bir çox meyar üzrə qiymətləndirilib.
İmtahanın sonuncu günü qiymətləndirmə komissiyası təşkil edilib. Komissiyanın tərkibində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İşəgötürən qismində şirkətin nümayəndələri çıxış ediblər. Ustaların hər birinin həm fərdi olaraq, həm də komanda işi üzrə bacarıqları qiymətləndirilib və komissiya üzvlərinin yekun rəyi əsasında 21 ustanın hər birinin nəticəsi məqbul qəbul edilib. Növbəti mərhələdə ustalar Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalar çərçivəsində peşə ixtisasları üzrə əmək fəaliyyətinə başlamaq hüququ verən sənəd əldə edəcəklər.
Layihəyə ilin əvvəlində start verilmişdi və ustalar bu müddət ərzində təlimlərə, daha sonra isə nəzəri imtahana cəlb olunmuşdular. Şirkətin layihəni həyata keçirməkdə məqsədi ustaların peşəkar inkişafına töhfə vermək, onların dayanıqlı məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq və sosial rifahının yüksəldilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, “Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 19 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
SOCAR və Samsung E&A anlaşdı
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Ən çox oxunanlar
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib






















